Məhkəmə qərarları › İş №3(039)-230/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-230/2020

11.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-230/2020 11.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 18.45 radələrində, Yevlax rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X8 izah etdi ki, Goranboy rayonu, Şahməmmədli kəndində yaşayan X1 xx xxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nə Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10, mənzil 36- da yaşayan Şəxs tərəfindən narahat olması barədə müraciəti daxil olmuşdur. Bununla bağlı polis sahə nəfəri, polis baş serjantı Rüstəm Məhərrəmov tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 18.45 radələrində polis şöbəsinə dəvət olunan Şəxs şöbənin inzibati binasında uca səslə səs-küy salaraq özünü qeyri səməmi aparmış və İTB-nin profilaktika üzrə baş inspektoru polis mayoru Ülvi Əsədov, polis sahə rəisi, polis mayoru Əmirxan Namazov onu nizamintizama dəvət etmələrinə baxmayaq sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə polis mayoru Famil Qasımov raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Kəminə Yolçuyeva onun sinif yoldaşı olmuşdur. Sonradan onlar biribirilərini tapmış və aralarında dostluq münasibəti yaranmışdır. Bir müddət sonra Kəminə ilə aralarındakı münasibətlər pozulmuş və Kəminə ondan polis şöbəsinə şikayət etmişdir. Şikayətlə bağlı polis əməkdaşı tərəfindən polis şöbəsinə dəvət edilmişdir. Polis Şöbəsinin inzibati binasında Kəminəni görmüş və nə üçün ondan şikayət etdiyini deyərək səs-küy salmışdır. Bunu görən polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Həmin vaxt əsəbi olduğu üçün polis əməkdaşları ilə də mübahisə etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmişlər. Buna baxmayaraq polis əməkdaşlarına məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax RPŞ-nin İTB-nin rəisi polis mayoru X9 izahatında göstərdi ki, Goranboy rayonu Şahməmmədli kəndində yaşayan X2 xx xxxxx 2020-ci il tarixdə Yevlax RPŞ-nə Yevlax şəhəri, Q.Quliyev küçəsi bina 10, mənzil 36-da yaşayan Şəxs tərəfindən narahat olması barədə müraciəti daxil olmuşdur. Bununla bağlı polis sahə nəfəri, polis baş serjantı Rüstəm Məhərrəmov tərəfindən xx xxxxx 2020-ci il tarixdə saat 18.45 radələrində polis şöbəsinə dəvət olunan Şəxs şöbənin inzibati binasında uca səslə səs-küy salaraq özünü qeyri səməmi aparmışdır. RPŞ-nin İTB-nin profilaktika üzrə baş inspektoru polis mayoru Ülvi Əsədov, polis sahə rəisi, polis mayoru Əmirxan Namazov sonuncunu nizam-intizama dəvət etmələrinə baxmayaq o, polisin qanuni tələbinə qəsdən tabe olmayaq öz hərəkətlərini davam etdirmişdir. Bu barədə RPŞnin rəhbərliyinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, Goranboy rayonu Şahməmmədli kəndində yaşayır. Yevlax rayonunda yaşayan Şəxs orta məktəbdə onunla birlikdə oxuyub. Ailə qurduqdan sonra bir müddət Yevlax rayonunda yaşamamışdır. Bir müddət sonra xəstəxanaya gedəndə İlhamla qarşılaşmışdır. İlhamla bir sinif yoldaşı kimi danışaraq nömrələşmişlər. Bir müddət İlhamla yaxın münasibətləri olmuş, sonradan isə münasibətləri pozulmuşdur. İlham tez-tez onu və ailə üzvlərini narahat edir. Ona ailəsindən boşanmağı, boşanmadığı təqdirdə isə onu bıçaqlayacağı ilə hədələyir. İlham onu tez-tez narahat etdiyi üçün yaşadığı Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək İlham Əsgərli barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx xxxxx 2020-ci il tarixdə yazdığı ərizə ilə bağlı Yevlax rayon polis şöbəsinə dəvət edilmişdir. Yevlax rayon polis şöbəsinin inzibati binasında olan zaman İlham gəlmiş və ondan nə üçün şikayət etdiyini deyib, ucadan səs-küy salmışdır. Bunu görən polis əməkdaşları İlhama yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. X13 özünü qeyri səmimi aparıb polis əməkdaşlarına məhəl qoymayaraq öz hərkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5, şahidlər X9 və X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 10 apreı 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarıhəddinin üçdə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan, Yevlax şəhəri, Q.Quliyev küçəsi, ev 10/36-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 19.00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar