Məhkəmə qərarları › İş №3(039)-230/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-230/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-230/2021 29.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X5 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMM-nin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan “xxxx” MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs MMM-in ünvanına “Mersedes- Benz” markalı, 99TE923/99ZD923 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn və Yevlax Gömrük postunda xx.xx.2021-ci tarixli, **********6273 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yükə baxış zamanı bəyan edilməyən BL-030 “Billas” markalı əl arabasının təkəri 9 ədəd, Asperator pəri 2 ədəd, Wüegel strech film 60 ədəd, 1.2 mm olan MN Magmaweld markalı kontakt qaynaq aparatının teli 15 ədəd, 10 mm olan rezin Qaz borusu 2 top ümumi 20 metr, qaynaq aparatı üçün üz maskası 5 ədəd, qaynaq aparatı üçün üz maskasının şüşəsi 50 ədəd və A 24 RS BF 80 olan “Karbosan” markalı laqonda daşı 20 ədəd, cəmi 5357 manat dəyərində mallar aşkar edilmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və Şəxs MMM barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs nümayəndəsi X6 izahat verərək bildirdi ki, ixracatçı şirkət müəssisənin sifariş etdiyi malları malmüşayiət sənədlərində düzgün qeyd etməməsi səbəbindən aşkar edilmiş dəyəri 5357 manat olan müxtəlif növ avadanlıq yükü gömrük bəyannaməsi ilə bəyan edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olan Şəxs MMM barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; xx.xx.2021-ci il tarixli 11000-0261/21 saylı protokoldan görünür ki, Şəxs MMM-nin ünvanına “Mersedes-Benz” markalı, 99TE923/99ZD923 nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn və Yevlax Gömrük postunda xx.xx.2021-ci tarixli, **********6273 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yükə baxış zamanı bəyan edilməyən BL-030 “Billas” markalı əl arabasının təkəri 9 ədəd, Asperator pəri 2 ədəd, Wüegel strech film 60 ədəd, 1.2 mm olan MN Magmaweld markalı kontakt qaynaq aparatının teli 15 ədəd, 10 mm olan rezin Qaz borusu 2 top ümumi 20 metr, qaynaq aparatı üçün üz maskası 5 ədəd, qaynaq aparatı üçün üz maskasının şüşəsi 50 ədəd və A 24 RS BF 80 olan “Karbosan” markalı laqonda daşı 20 ədəd, cəmi 5357 manat dəyərində mallar aşkar edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMM-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMM-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan valyuta- 5357 manatı vəsaitin qırx faizi miqdarında, yəni 1607 manat dolları 10 qəpik cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar