Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-231/2020 13.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X7 və X3 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Nizami küçəsi, ev 180-də yaşayan X4 evinin həyətindən 7 (yeddi) ədəd ev quşlarını (toyuq) oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 21də yaşayan X5 məxsus evin həyətindən bir ədəd qazan və bir ədəd su qabını oğurlamşdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X8 izah etdi ki, Yevlax şəhəri, Nizami küçəsi, ev 180-də yaşayan X7 xx xxxxx 2020-ci il tarixdə ərizə ilə Yevlax RPŞ-nə müraciət edərək, yaşadığı evin həyətindən xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə 7 (yeddi) ədəd ev quşlarının (toyuq) naməlum şəxs tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, E.Ağayev küçəsi, döngə 2, ev 21-də ev yaşayan X9 xx xxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdə evinin həyətindən bir ədəd qazan və bir ədəd su qabının oğurlandığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixə keçən gecə, saat 01:00 radələrində X4 yaşadığı evin həyətindən 7 ədəd toyuq oğurlamış və və həmin toyuqları evdə bişirərək yimişlər. Bundan başqa xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində onunla qonşuluqda yaşayan Yasin Musayevin evinin həyətinə daxil olmuş və Yasin Musayevin evinin həyətində yerləşən anbardan bir ədəd qazan və bir ədəd su qabını oğurlayaraq oradan qaçmışdır. Həm qazanı və su qabını tanımadığı şəxsə 10 (on) manata satmışdır. Hazırda zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəyə bilmir və əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X7 izahatında bildirdi ki, yaşadığı evin həyətindəki toyuq hinində 8 (səkkiz) ədəd ev quşu saxlamışdır. xx xxxxx 2020ci il tarixdə toyuqlarını hinə salmışdır. xx xxxxx 2020-ci il tarixdə toyuqlarına dən verən zaman toyuqlarından 7 ədədinin oğurlandığını aşkar etmişdir. Toyuqlarının ümumi dəyəri təxminən 60-70 manatdır. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X9 izahatında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində yaşadığı evin həyətindən səs eşitdiyi üçün evdən çıxmış və həyətdəki itin hürdüyünü görmüşdür. Dərhal küçəyə çıxmış, küçəyə çıxdıqda onunla qonşuluqda yaşayan Məcidin oğlu Nurlnın bir əlində qazan və digər əlindəki su qabı ilə qaçaraq uzaqlaşdığını görmüşdür. Lakin qorxduğu üçün onun arxasınca getməmişdir. Evin həyətində yerləşən anbar kimi istifadə edilən tikiliyə baxdıqda su qabı ilə qazanın oğurlandığını görmüşdür. 1 ədəd 40 letrlik, dəyəri 40 (qırx) mnat olan su qabı və 1 ədəd 40 letrlik, dəyəri 40 (qırx) manat olan qazanı Nurlan tərəfindən oğurlanmışdır. Ümumilikdə ona 80 (səksən) manat ziyan dəymişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X4, X3 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, bir ədəd ev quşunun (toyuq) bu günkü bazar qiyməti 7-8 manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş xx xxxxx 2020-ci il tarixli arayışdan görünür ki, 1 ədəd 40 litrlik qazanın bu günkü bazar qiyməti 40 (qırx) manat, 1 ədəd 40 litrlik aliminium materialdan olan su qabının bazar qiyməti 40 (qırx) manat təşkil edir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri, Nizami prospekti, ev 249-da qeydiyyatda olan və yaşayan Şəxs oğu xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə və xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoko üzrə Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində və inzibati həbs edilsin. Həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq onun üzərində qəti olaraq 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 17.10-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 80 (səksən) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X5 ödənilsin. Şəxs 49 (qırx doqquz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X6 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-231/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-231/2020
13.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver