Məhkəmə qərarları › İş №3(039)-231/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-231/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-231/2021 29.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X2, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin baş əmək müfəttişi X10 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı protkol və həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 1500 manat məbləğində cərimə edilmişdir. Səlahiyyətli orqanın qərarına görə, “xxxx” ASC xx.xx.2020-ci il tarixdə X4 əmək müqavilsinə əmək qanunveriliciyinin tələblərini pozularaq xitam verilmişdir. Bununla əlaqədar səlahiyyətli orqan tərəfindən xx.xx.2020-ci il tarixdə MN ******* saylı protkol tərtib edilmiş və həmin protokol əsasında əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən xx.xx.2020-ci tarixli MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə “xxxx” ASC-nin direktoru X9 1500 manat məbləğində cərimə edilmişdir. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar çıxarılmış X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırılmışdır ki, X12 Xidməti Mingəçevir regional ərazi şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Həmin qərar belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 2020-ci il tarixdə X4 əmək müqaviləsinə xitam verərək qanun pozuntusuna yol vermişdir. Lakin o, bir mənalı olaraq həmin qərarla razı deyildir. Əvvəla onun 68 yaşı var, təqaüdçüdür, heç bir yerdə işləmir. Maddi gəliri olduqca azdır, sırf təqaüdünün hesabına dolanır. Hesab edir ki, bu vəziyətdə onun əsassız olaraq 1500 manat cərimə edilməsi ədalətsizlikdir. Bundan başqa o, Natiq Abbasovun əmək müqaviləsinə xitam verən zaman heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, rəhbəri olduğu “xxxx” ASC çörək sexi kimi fəaliyyət göstərmişdir. Natiq Abbasov da orada bağban işləmişdir. Artıq müəsisə gəlir əldə edə bilmədiyi, şəhər ərazisində yerləşən digər sexlərlə rəqabətə tab gətirə bilmədiyi üçün 5 il müddətinə fəaliyyətini rəsmi qaydada dayandırmışdır. Həmçinin vergi orqanında da müəsisəsinin fəaliyyəti rəsmi olaraq 5 illik dayandırılmışdır. Artıq müəssisə faktiki olaraq fəaliyyət göstərmir, gəlir əldə olunmur. Ona görə də, orada işləyən 12 işçinin, həmçinin sədr olaraq onun, eyni zamanda Natiq Abbasovun əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, bu hal tam qanunidir və bu zaman tərəfindən heç bir pozuntuya yol verilməmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə X4 əmək müqaviləsinə xitam verərkən haqlı olmuşdur, belə ki, Tibbi-Sosial Ekspert Komissiyasının rəyinə əsasəm Natiq Abbasov əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı var. belə bir vəziyyətdə onunla əmək müqaviləsinin bağlanılması qanuna ziddir. Bu səbəbdən hesab edir ki, barəsində tərtib edilmiş qərar ləğv edilməlidir. Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir regional ərazi şöbəsinin nümayəndəsi X1 Fəxri Fikrət oğlunun şikayətinin tamamilə əsassız olduğunu qeyd edib məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Natiq Abbasovun “xxxx” ASC-də əmək hüquqlarının pozulması ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciəti X12 Xidmətinin Mingəçevir regionai ərazi şöbəsinə daxil olmuşdur. Müvafiq sənədlərin təqdim edilməsi üçün Cəmiyyətə məktub ünvanlanmışdır. “xxxx” ASC-nin müfəttişliyə təqdim etdiyi sənədlərə baxılarkən məlum olmuşdur ki, Natiq Abbasov 1992-ci ildə “xxxx” ASC-yə bağban peşəsinə qəbul edilmişdir. Natiq Abbasovun ərizələrinə əsasən xx.xx.2019-cu il tarixli, 01/k saylı əmrlə xx.xx.2019- cu il tarixdən xx.xx.2019-cu il tarixədək, 01,04.2019-cu il tarixli, 02/k saylı əmrlə xx.xx.2019-cu ii tarixdən xx.xx.2019-cu ill tarixədək, xx.xx.2019-cu ii tarixli, 07/k saylı əmrlə isə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ödənişsiz məzuniyyətə buraxılmışdır. “xxxx” ASC-nin rəhbərliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinin tələbini pozmuşdur. Həmçinin Cəmiyyət xx.xx.2020-ci il tarixdən öz istehsal fəaliyyətini uzun müddətə müvəqqəti olaraq dayandırmış və xx.xx.2020-ci il tarixli “a” saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə Natiq Abbasov da daxil olmaqla bütün işçilərin əmək müqaviləsinə xitam verilmişdir. Natiq Abbasovun əmək müqaviləsinə xitam verilərkən onun razılığı alınmamış və Əmək Məcəlləsinin 12-ci və 70-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin müəssisənin işəgötürəni tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbi pozulmuşdur. Bununla da “xxxx” ASC-nin direktoru Fəxri Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol əsasında X14 Xətalar Məcəlləsinin 192.6 maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Fəxri Hüseynovun iddiasında qeyd etdiyi, 68 yaşda, yeganə qazanc yerinin təqaüdü olması və işləməməsi onun əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirməməsi üçün əsas ola bilməz və ədalətlilik prinsipinin bütün vətəndaşlara şamil olunması nəzərə alınmalıdır. İşçinin işdən azad olunmağı xx.xx.2020- ci il, fəaliyyətin dayandırılması barədə müraciət isə xx.xx.2020-ci ilə təsadüf edir. Fəxri Hüseynovun işçinin azad edilməsində nöqsana yol vermədiyi iddiası və tərəflərdən birinin təşəbbüsü olduğunu bildirməsi sadəcə olaraq məsuliyyətdən yayınma üçün bəhanədir. Belə ki, Natiq Abbasovun işdən azad olunması üçün göstərilən əsas Əmək Məcəlləsinin 68-ci maddəsində qeyd edilir və burada bu əsaslar ümumi olaraq təsvir edilmişdir və əmək münasibətlərinin tərəfləri kimi işçi və işəgötürən tərəfindən ərnək müqaviləsinin ləğv edilməsi ayrı olaraq 69 və 70-ci maddələrdə aydın şəkildə göstərilmişdir. Tərəflərdən birinin təşəbbüsü bu halda işçi ərizə yazaraq işdən azad olunmasını istəməmişdirsə təşəbbüskar işəgötürən-sahibkar Fəxri Hüseynovdur, işçinin işdən azad olunması prossesi isə istənilən halda müəssisənin fəaliyyətinin olduğu vaxtı əhatə etməlidir. Fəxri Hüseynovun iddiasında qeyd etdiyi bir digər məsələ isə işçilərin kütləvi şəkildə işdən azad olunmasıdır. Fəxri Hüseynov artıq iddiasında işçilərin əmək hüquqlarını pozduğunu etiraf etmişdir. Belə ki, işçilərin Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsində qeyd olunur ki, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yol verilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir və sahibkar Fəxri Hüseynov fəaliyyəti dövründə işçiləri qrup halında ödənişsiz məzuniyyətə göndərmiş hətta kütləvi olaraq azad etmişdir. Bütün bunların nəticəsində Mingəçevir regional ərazi şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsinə əsasən vəzifəli şəxs qismində işəgötürən-sahibkar Fəxri Hüseynov barəsində xx.xx.2020ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. X12 Xidmətinin Mingəçevir regional ərazi şöbəsi öz səlahiyyətləri daxilində vəzifələrini yerinə yetirmişdir. Yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinən və inzibati xəta tərkibli bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs, bu halda X14 məsuliyyətə cəlb edilir və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində xəbərdarlıq nəzərdə tutulmamış və vəzifəli şəxs qismində cərimə məbləği minimum səviyyədə təyin edilmişdir. X9 həmin qərardan şikayət vermə müddətini ötürdüyündən və qərarın əsaslı olduğundan verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” ASC-nin direktor Fəxri Hüseynov tərəfindən imzalanmış xx xxxxxx 2020- ci il tarixli, İA-1/20 nömrəli əmrin surətindən müəyyən olunur ki, müəssisə öz istehsal fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı üçün xx xxxxxx 2020-ci il tarixdən Natiq Abbasov ƏQM-nin 68.2.a bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. “xxxx” ASC üzrə təsisçi Ç.Ə.Musayev tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli, 1A-İ/20 nömrəli əmrin surətindən müəyyən olunur ki, müəssisə öz istehsal fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı üçün xx xxxxxx 2020-ci il tarixdən Fəxri Hüseynov ƏQM-nin 68.2.a bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir regional ərazi şöbəsi tərəfindən Fəxri Hüseynov barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli protokolda qeyd edilir ki, “xxxx” ASC-də xx xxxxxx 2020-ci il tarixdə Natiq Abbasovun əmək müqaviləsinə xitam verilməsində və əmək haqların hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verilmişdir. X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4, 192.6 maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir regional ərazi şöbəsinin MN ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilir ki, “xxxx” ASC-də xx xxxxxx 2020-ci il tarixdə Natiq Abbasovun əmək müqaviləsinə əmək qanunvericiliyin tələblərini pozaraq xitam verilmişdir, X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.6 maddəsində nəzərdə tutulmuş xəta törədilmişdir. X11 Xətalar Məcəlləsinin 192.6 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar və verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, “xxxx” ASC-nin direktoru X9 həmin ASC-də bağban işləmiş Natiq Abbasov ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə əmək hüquqları əleyhinə olan inzibati xəta halı aşkar olunmuş və o, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinmişdir. X9 şikayət ərizəsində ASC-nin əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Məhkəmə iclasında şikayət verən şəxs X9 əmək müqaviləsinə xitam verilmiş X4 həm də əmək qabiliyyətsiz olduğunu əsas gətirərək şikayətinin əsaslı olduğunu bildirsə də, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin c) bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. İşçinin əmək müqaviləsinə xitam verilməsi isə Əmək Məcəlləsinin başqa maddəsinə əsaslanmışdır. Belə ki, “xxxx” ASC-nin direktor Fəxri Hüseynov tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli, İA-1/20 nömrəli əmrin surətindən müəyyən olunur ki, müəssisə öz istehsal fəaliyyətini müvəqqəti olaraq dayandırıldığı üçün xx xxxxxx 2020-ci il tarixdən Natiq Abbasov ƏQM-nin 68.2.a bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixli əmrlə işəgötürən Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a) bəndinə əsasən- işəgötürənin təşəbbüsü ilə müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması əsası ilə Natiq Abbasovla bağlanılmış əmək müqaviləsinə xitam verilsə də, Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını” müəyyən 70-ci maddəsində qeyd olunan əsas, yəni müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması əsası göstərilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir Regional Ərazi Şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mingəçevir regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X3 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı xx xxxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar