Məhkəmə qərarları › İş №3(039)-231/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-231/2024

09.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-231/2024 09.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məmmədov Cavid Faiq oğlunun katibliyi, Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax B.İmanov küçəsi ev 58-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 08 may 2024-cü il tarixdə saat polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və narkotik vasitədən istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 çıxış edərək bildirmişdir ki, 08 may 2024-cü il tarixdə saat 02:00 radələrində RPŞ-nin polis əməkdaşları Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman VAZ 2106 markalı ** CS *** dövlət qeydiyyat nişanı olan avtomaşın özünü şübhəli apardığı üçün Mahir aptekin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış, onlar həmin avtomobilə yaxınlaşmış, özlərini təqdim etmiş və dərhal növbətçi hissəyə məlumat verərək DYPB-nin əməkdaşını həmin əraziyə dəvət etmişlər. YPX-nin inspektoru tərəfindən yoxlama zamanı avtomobili idarə edən şəxsə məxsus olmadığı və sürücü sərxoş olduğu aşkar edilmişdir. Avtomobildə olan bir nəfər sərnişin maşından düşərək bir neçə dəqiqədən sonra sürücü ilə birlikdə avtomaşını Yevlax Şəhər Polis Şöbəsinə aparılmasına maneəçilik törətdiyinin şahidi olmuşlar. Odur ki, həmin şəxs küçədə ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna görə həmin vətəndaşı ınizamintizama dəvət etmişlər. Lakin həmin vətəndaş sərxoş vəziyyətdə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən sonra həmin şəxsin sərxoş olması və narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, ara-bir nakotik vasitə olan “marixuanadan”-dan istifadə edir. Sonuncu dəfə də xx.xx.2024-cü il tarixdə narkotik vasitə qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən Mahir aptekin qarşısında polis əməkdaşları onu saxlamış və o da öz növbəsində polisin tələbinə tabe olaraq polis şöbəsinə getmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin polis mayoru X6 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 08 may 2024-cü il tarixdə saat 02:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman VAZ 2106 markalı ** CS *** dövlət qeydiyyat nişanı olan avtomaşın özünü şübhəli apardığı üçün Mahir aptekin qarşısında tərəfindən saxlanılmış, onlar həmin avtomobilə yaxınlaşmış, özlərini təqdim etmiş və dərhal növbətçi hissəyə məlumat verərək DYPB-nin əməkdaşını həmin əraziyə dəvət etmişlər. YPX-nin inspektoru tərəfindən yoxlama zamanı avtomobili idarə edən şəxsə məxsus olmadığı və sürücü sərxoş olduğu aşkar edilmişdir. Avtomobildə olan bir nəfər sərnişin maşından düşərək bir neçə dəqiqədən sonra sürücü ilə birlikdə avtomaşını Yevlax Şəhər Polis Şöbəsinə aparılmasına maneəçilik törətdiyinin şahidi olmuşlar. Odur ki, həmin şəxs küçədə ictimai yerdə ucadan səs-küy salaraq ictimai qaydanı pozduğuna görə həmin vətəndaşı ınizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş sərxoş vəziyyətdə öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra həmin vətəndaş rayon polis şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən olunduqdan sonra tibbi müayinədən keçirilmişdir. Tibbi müayinədən sonra həmin şəxsin sərxoş olması və narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X7 şahid polis mayoru X5 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 şahid polis mayoru X5 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat polisin qanuni tələbinə qəsdən tabe olmamışdır və narkotik vasitədən istifadə etmişdir; 470 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs THÇ marixuana aşkar edilmişdir + (müsbət); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X3 məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2024-cü il tarixli, 801 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:10-dan tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmamasını (İXM 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 206-cı maddəsinin sanksiyası hədləri daxilində (daha ciddi xətaya görə) inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 08 may 2024-cü il tarixdən saat 02:10-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o,yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar