Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-232/2021 01.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Yevlax şəhəri Pişəvəri küçəsi ev 3, mənzil 13-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 Ələkbər Rəhim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə tərtib etdiyi inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri baxılması üçün Yevlax Rayon Məhkəməsinə təqdim etmişdir. Böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elşad Cabbarov məhkəmə iclasında izahat verərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-767/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən borclu Şəxs tələbkar X2 xeyrinə 2,500 (iki min beş yüz) manat, tələbkar X3 xeyrinə 1,400 (bir min dörd yüz) manat və tələbkar Zərərçəkmiş şəxs xeyrinə 1,000 (bir min) manat tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs barəsində aparılmış icra tədbirləri nəticəsində tələbkarın xeyrinə heç bir ödəniş edilməmişdir. Həmin borcun ödənilməsi üçün borclu Şəxs dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İcra sənədi üzrə qeyd olunan borcun ödənilməsi üçün borclu Şəxs şöbəyə dəvət edilərək borcunun ödənilməsi tələb edilmişdir. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Seymur Namazova 2500 manat, Pakizə İlyasovaya 1400 manat, Zərərçəkmiş şəxs 1000 manat məbləğində borcu vardır. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almışdır. Hazırda isə onun icra sənədi üzrə tələbkar Seymur Namazova 2500 manat, Pakizə İlyasovaya 1400 manat, Zərərçəkmiş şəxs 1000 manat məbləğində borcu vardır. Cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2020-ci ilin iyul ayında azadlığa çıxmışdır. Bu səbəbdən icra sənədi üzrə borcunu tələbkarlara ödəyə bilməmişdir. X9 1000 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar Seymur Namazov, Pakizə İlyasova və Zərərçəkmiş şəxs xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlmədiklərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuş və iş materillarına əlavə edilmiş qəbzdən görünür ki, tələbkar X5 borclu Şəxs 2(039)-767/2019 №-li, xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə 1000 (bir min) manat almışdır. Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və iş materillarına əlavə edilmiş teleqramdan görünür ki, tələbkar X6 borclu Şəxs əsasə borcun 500 (beş yüz) manat hissəsini tələb edir. Məhkəmə böyük icra məmuru, Elşad Cabbarovun və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur, belə ki, onun tərəfindən icra sənədi üzrə ödənişlər edilməkdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-232/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-232/2021
01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver