Məhkəmə qərarları › İş №3(039)-232/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-232/2024

10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-232/2024 10.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X6 oğlunun, Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Şəxs barəsində Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Yevlax rayon Polis Şöbəsindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1 və 334-1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mercedes Benz markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yol hərəkət qaydalarının pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin polis mayoru X11 izah etdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yol hərəkət qaydalarının pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yevlax Rayon Polis Şöbəsinin YPX-nin inspektoru, polis baş serjantı X3 izah etdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Mercedes Benz markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu barədə Şəxs barəsində hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, 08 may 2024-cü il tarixdə Yevlax şəhər H.Əliyev prospektində idarə etdiyi Mercedes Benz markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən mülki avtomobildə əyləşən polis məkdaşı tərəfindən saxlanılmış və ona sənədlərinin təqdim etməsini tələb etmiş, o isə cavabında həmin sənədlərin evdə olduğunu, lazımdırsa gedib gətirə biləcəyinini bildirmişdir. Daha sonra avtomobildə əyləşən digər polis əməkdaşı ona narkotik müayinədən keçməli olduğunu bildirmişdir. Bundan sonra o, rayon polis şöbəsinə gətirilmişdir. Həmin vaxt heç bir ictimai qayda pozuntusu törətməmiş, səs-küy salmamışdır. Polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamaq kimi hərəkətlər etməmişdir. Əlavə olaraq bildirdi ki, ara-bir nakotik vasitə olan marixuanadan istifadə edir. Bu barədə Yevlax Rayon Məhkəməsinin müvafiq qərarı ilə cərimə edilmişdir. Bütün bu qeyd olunanları nəzərə alınmasını xahiş etmişdir X1 məhkəmə iclasında çıxış edərək Şəxs barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 334-1.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Mercedes Benz markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan, narkotik vasitəsinin təsiri altında idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı ******* saylı, 03 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yol hərəkət qaydalarının pozaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-dan tutulmuşdur. 820 №-li, xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs THÇ marixuana aşkar edilmişdir + (müsbət); Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-229/2024 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Yevlax şəhəri Əfəndiyev küçəsi ev 2-də yaşayan Şəxs sürücülük vəsiqəsi AZərbaycan Respublikası DİN-nin BDYPİ-nin X2 alınan məlumata əsasən, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (7 ay) məhdudlaşdırılmışdır, lakin Zaur Talbov bu günə kimi sürücülük vəsiqəsini Yevlax Rayon Polis Şöbəsinin DYPB-ə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 334-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından xx.xx.2024-cü tarixdə polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamışdır, Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində polisin qanuni tələbinə tabe olmayan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğu barəsində Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs oğu Azərbaycan Respubilkası İXM-nin 334-1.1-ci maddəsi ilə təqsirli bilinib 16 (on altı) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 08 may 2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X5 göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar