Məhkəmə qərarları › İş №3(039)-233/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-233/2020

13.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-233/2020 13.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X8 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X4 və X9 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Nüşabə küçəsi, ev 43-də yaşayan X9 evinin həyətindən 8 ədəd ev quşlarını oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, Axundov küçəsi, ev 61-də yaşayan X2 məxsus “Dəvəçi” qəbirstanlığında yerləşən məzar daşı düzəldilən sexin ətrafına yığdığı aramaturları oğurlamşdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X11 izah etdi ki, Yevlax şəhəri, Nüşabə küçəsi, ev 43-də yaşayan X15 xx xxxx 2020-ci il tarixdə ərizə ilə Yevlax RPŞ-nə müraciət edərək, yaşadığı evin həyətindən 8 ədəd ev quşlarının (toyuq) naməlum şəxs tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, Axundov küçəsi, ev 61-də yaşayan X4 xx xxxxx 2020-ci il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, özünə məxsus olan “Dəvəçi” qəbirstanlığında yerləşən məzar daşı düzəldilən sexinin ətrafından 44 ədəd armaturun oğurlandığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Səbuhi Musayevin barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, heç bir yerdə işləmədiyindən və pulu olmadığlından oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə Novruz Nəbiyevə məxsus evin həyətindən 8 (səkkiz) ədəd toyuq oğurlamışdır. Həmin toyuqları tanımadığı şəxsə cəmi 30 manata satmışdır. Bundan sonra əvvəllər tanımadığı Gülmalı Ocaqquliyevə məxsus məzar daşı sexindən 44 ədəd 6 metr uzunluğunda olan armaturları oğurlamışdır. Həmin armaturlardan bir hissəsini Gülmalı Ocaqquliyevə qaytarmış, bir hissəsini isə qaytara bilməmişdir. Zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı gələcəkdə ödəməsini öhdəsinə götürür. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X12 izahatında bildirdi ki, Şəxs əvvəllər tanımamışdır. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə yaşadığı evin həyətindən 8 (səkkiz) ədəd ev quşlarının oğurlandığını bilmişdir. Oğurluq barədə qonşulardan maraqlanmış və heç bir məlumat əldə edə bilmədiyi üçün rayon polis şöbəsinə şikayət etmişdir. Hər bir toyuğun qiyməti 12 manat olmaqla ona cəmi 96 (doxsan altı) manat məbləğində ziyan dəymişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 izahatında bildirdi ki, 37 ildir ki, Yevlax şəhərində yerləşən «Dəvəçi» qəbiristanlağında məzar daşı düzəldilən sex işlədir. Həmin sex qəbiristanlığın ərazisində çardağın altında yerləşir və ətrafı açıqdır. xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhərində yerləşən inşaat materialları satılan mağazadan 50 ədəd, 12 mm-lik, 6 metr uzunluğunda olan armatur alıb sexin ətrafına açıq sahəyə qoymuşdur. xx xxxxx 2020-ci il tarixdə səhər sexə gələndə 50 ədəd armaturdan 44 ədədinin yerində olmadığını görmüşdür. Ətrafda yaşayan sakinlərdən maraqlanıb onun sexindən armaturu qaraçı millətindən olan Əli adlı şəxsin oğurladığını bilmişdir. Əlinin onun sexindən armaturun bir hissəsini xx xxxxx 2020-ci il tarixə keçən gecə, bir hissəsini isə xx xxxxx 2020-ci il tarixə keçən gecə oğurladığını öyrənmişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X9, X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X8 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il və xx xxxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, hazırda bir ədəd toyuğun orta bazar qiyməti 12 (on iki) manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, 12 mm-lik armaturun bir metrinin orta bazar satış qiyməti 0.70 manat təşkil edir. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrıayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48- 51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxx 1996-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,işləməyən, Yevlax şəhəri, Bakıxanov küçəsi, ev 119-da yaşayan Şəxs oğu xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protoko üzrə 01 (bir) ay müddətinə və xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoko üzrə Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətində və inzibati həbs edilsin. Həmin inzibati tənbeh tədbirlər qismən toplanaraq onun üzərində qəti olaraq 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 16.25-dən hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 96 (doxsan altı) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X10 ödənilsin. Şəxs 30 (otuz) manat 80 (səksən) qəpik məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X3 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar