Məhkəmə qərarları › İş №3(039)-233/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-233/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-233/2021 12.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1974-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, Yevlax rayonu Bünyadabad kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 16:30 radələrində Yevlax rayonu Nemətabad kəndində yaşayış evlərinin qarşısında küçədə, ictimai yerdə X3 söyüb təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Raqib Nəzərəliyev bildirmişdir ki, Yevlax rayonu Bünyadabad kəndində yaşayan X7 xx xxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx xxxxxx 2021-ci il tarixdə yeznəsi Şəxs yaşadığı evə gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bundan əlavə qohumu Asifi də söyüb təhqir etməsi barədə məlumat vermiş və Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizəyə əsasən tərəfindən araşdırma aparılmış, Şəxs, X2 izahatları alınmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 16 radələrində həyat yoldaşı Xəyalə Quliyevaya məxsus pay torpaq sahəsinin qaytarılması ilə əlaqədar X7 ilə aralarında mübahisə baş vermişdir. X12 söyüb təhqir etməmiş, həyat yoldaşı Xəyalə Quliyevanın pay torpaq sahəsini tələb etmişdir. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 16 radələrində Yevlax rayonu Nemətabad kəndində yaşayış evlərinin qarşısında həyat yoldaşı Xəyalə Əsgərovanın pay torpaq sahəsinin qaytarılması ilə əlaqədar Şəxs onu küçə söyüşləri ilə söyüb təhqir etdiyi üçün, bu barədə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Hacıyeva Gülövşə Əli qızı, X5 və X10 məhkəmə iclasında Ruslan Hacıyevin verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdilər. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar