Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-235/2020 17.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X1 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən yaşadığı evdə anası X2 ailə münaqişəsi zəminində döymüşdür. Bununla da, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Yevlax rayon polis şöbəsinin TB-nin xx xxxxxx 2020ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X8 izah etdi ki, Yevlax şəhəri ünvan 1 ünvanında yaşayan X4 xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-X9 zəng edərək və Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yevlax şəhərində yaşadığı evdə oğlu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, Yevlax Rayon Polis Şöbəsinin Təhlükəsizlik Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Mehman Əsədov müvafiq tədbir görülməsi üçün Yevlax rayon Polis Şöbəsinin rəhbərliyinə raporta müraciə etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri Bakıxanov küçəsi ev 122-də yaşayır. Ailəsində mütəmadi olaraq maddi məsələlərlə əlaqədar mübahisə olduğunu, xx xxxx 2020-ci il tarixdə o, anası Gülnaz Seyidovadan tanıdığı bir nəfərə olan borcunu ödəmək üçün pul istəmiş və həmin pulu işləyib ona qaytaracığını bildirmişdir. O, isə ona verəcək pulu olmadığını bildirmiş, dostunun yanında yalançı çıxmaqdan qorxaraq birdən özünü itirmiş və anasının sinəsindən vuraraq onu divara itələyib əsəbi halda divanda əyləşmişdir. Əsəbləşərək özünü itirmiş və buna görə də, anasına əl qaldırmışdır. Bundan sonra anası Gülnaz Seyidova polisə zəng etdiyini görüb evdən qaçıb getmişdir. Hazırda əməlindən peşmandır və anası Gülnaz Seyidova ilə barışmışdır. Məhkəmədən əməlindən səmimi peşmançılığını və Gülnaz Seyidova ilə barışdığını nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X4 izah etdi ki, Şəxs onun oğludur, heç bir yerdə işləmir və pul qazanmır. xx xxxxxx 2020-ci il tarixdə gecə saat 23 radələrində oğlu Şəxs ondan pul istəmiş və o, etiraz etdikdə onun yaxasından tutub kənara itələmiş, ona pul verməyəcəyini gördükdə yenə ona yaxınlaşıb sinəsindən möhkəm sıxmış və onu divara itələmişdir. Bundan sonra o, dərhal “102” Xidmətinə zəng vuraraq oğlu Şəxs onu döyməsi barədə məlumat vermişdir. Hazırda oğlu Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanması rəd edilməsi haqqında» qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru X5 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs X4 məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri C.Kərimov küçəsi ev 140-da yaşayan Şəxs oğu xx xxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokola əsasən törətdiyi inzibati xətaya görə Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-235/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-235/2020
17.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver