Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-236/2020 13.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 İnzibati xəta haqqında prptokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11?05 radələrində Yevlax şəhəri Fizuli küçəsində Dövlət Yol Polisin əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izah etdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 11:05 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində “BMW” markalı, ** YP *** dövlət nömrə nişanlı avtomaşın ilə Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin baş YPXİ-ru, polis kapitanı X7 və polis serjantı X6 xidmətdə olan zaman, xx xxxxxx 2020-ci il tarixli raporta icrası ilə əlaqədar “VAZ 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermiş, lakin həmin şəxs onların saxla işarələrinə qəsdən tabe olmayaraq hərəkətini davam etdiriərək, H.Əliyev və Nizami prospektində yerləşən işıqforun qadağanedici qırmızı işığında hərəkəti davam etməklə, dəmiryol vağzalı istiqamətinə yüksək sürətlə hərəkət edərək qoşa xəttin tələbini pozaraq qarşıdan gələn nəqliyyat axının əksinə hərəkət edərək kolxoz bazarına qaçıb girmişdir. Onlar həmin sürücüyə yaxınlaşıb özlərini təqdim edərək, avtomobilin sənədlərini tələb edən zaman, sürücü bildirmişdir ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Onun üçün polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət edən zaman sürücü polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələrdə o, polis şöbəsinə gəlməkdən imtina etdi. Polis əməkdaşları onu şöbəyə gətirən zaman kolxoz bazarında olan həmkəndlisi sürücünü müdafiə edərək polis şöbəsinə gətirilməsinə maneçilik törədərək iş fəaliyyətlərini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, o, həmkəndlisini polis şöbəsinə aparılmasına maneçilik törətməsini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün hər iki şəxslər polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Yevlax rayon Nərimanabad kənd sakinləri sürücü X5 və Adgözəlov Elşən Məhəbbət oğludur. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin DYPB-nin baş YPXİ-ru, polis kapitanı X7 və polis serjantı X1 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax rayonu, Nərimanabad kəndində yaşayır. Abbas Lətifbəyli onun həmkəndlisidir. xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun idarə etdiyi “VAZ 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi vermiş, lakin o, onların saxla işarələrinə qəsdən tabe olmayaraq hərəkətini davam etdirərək, Yevlax şəhəri H.Əliyev və Nizami prospektində yerləşən işıqforun qadağanedici qırmızı işığında hərəkəti davam etməklə, dəmiryol vağzalı istiqamətinə yüksək sürətlə hərəkət edərək qoşa xəttin tələbini pozaraq qarşıdan gələn nəqliyyat axının əksinə hərəkət edərək kolxoz bazarına qaçıb girmişdir. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, avtomobilin sənədlərini tələb edən zaman, bildirmişdir ki, avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Onun üçün polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə dəvət edən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Hazırda səhvini başa düşür, polis əməkdaşından üzr istəmişdir və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Yevlax Rayon Polis Şöbəsinin DYPBnin baş YPXİ-ru, polis kapitanı X7 izahatında göstərdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 11:05 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində “BMW” markalı, ** YP *** dövlət nömrə nişanlı avtomaşın ilə polis serjantı X6 xidmətdə olan zaman, xx xxxxxx 2020-ci il tarixli raportun icrası ilə əlaqədar “VAZ 2107” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxla işarəsi vermişlər, lakin həmin şəxs onların saxla işarələrinə qəsdən tabe olmayaraq hərəkətini davam etdiriərək, Yevlax şəhəri H.Əliyev və Nizami prospektində yerləşən işıqforun qadağanedici qırmızı işığında hərəkəti davam etməklə, dəmiryol vağzalı istiqamətinə yüksək sürətlə hərəkət edərək qoşa xəttin tələbini pozaraq qarşıdan gələn nəqliyyat axının əksinə hərəkət edərək kolxoz bazarına qaçıb girmişdir. Onlar həmin sürücüyə yaxınlaşıb özlərini təqdim edərək, avtomobilin sənədlərini tələb edən zaman, sürücü bildirmişdir ki, onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Həmin şəxsi Yevlax Rayon Polis Şöbəsinə dəvət edən zaman sürücü polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsi dəfələrlə nizamintizama dəvət etsələrdə o, polis şöbəsinə gəlməkdən imtina etmişdir. Onu şöbəyə gətirən zaman kolxoz bazarında olan həmkəndlisi sürücünü müdafiə edərək polis şöbəsinə gətirilməsinə maneçilik törədərək iş fəaliyyətlərini pozmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, həmkəndlisini polis şöbəsinə aparılmasına maneçilik törətməsini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün hər iki şəxslər tərəfindən polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru Nəsrəddin Səmədovun və şahid Samir Səlimovun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini, mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun əməlindən səmimi olaraq peşman olmasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1980-cı ildə Yevlax rayonu, Nərimanabad kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Yevlax rayonu, Nərimanabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-236/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-236/2020
13.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver