Məhkəmə qərarları › İş №3(039)-236/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-236/2022

25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-236/2022 25.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 21:55 radələrində Yevlax şəhəri Nizami prospektində polisin ünvanına və ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3 çıxış edərək bildirmişdir ki, Yevlax rayon rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Kərim Əzimov 24.02.2022-ci il tarixdə saat 21:55 radələrində Yevlax rayon polis şöbəsinin qarşısında bir nəfər vətəndaşın ucadan polisin ünvanına və ünvansız nalayiq söyüşlər söyərək səs-küy saldığını görmüş və həmin vətəndaşa yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin vətəndaşı nizam-intizama dəvət etmiş, həmin vətəndaş polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında bildirmişdir ki, 24.02.2022-ci il tarixdə o, Yevlax rayon polis şöbəsin getmiş və əsəbi olduğu üçün Yevlax rayon polis şöbəsinin qarşısında səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı ona yaxınlaşaraq onu nizam-intizama dəvət etsə də o, əsəbi olduğu üçün polis əməkdaşının tələbinə tabe olmayaraq öz əməllərinə davam etmişdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon rayon polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili X4 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, 24.02.2022-ci il tarixdə saat 21:55 radələrində Yevlax rayon polis şöbəsinin qarşısında bir nəfər vətəndaşın ucadan polisin ünvanına və ünvansız nalayiq söyüşlər söyərək səs-küy saldığını görmüş və həmin vətəndaşa yaxınlaşaraq özünü təqdim etdikdən sonra həmin vətəndaşı nizam-intizama dəvət etmiş, həmin vətəndaş onun qanuni tələbinə qəsdən tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı, 24 fevral 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24.02.2022-ci il tarixdə saat 21:55 radələrində Yevlax şəhəri Nizami prospektində polisin ünvanına və ünvansız nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 38 №-li, 24.02.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs alkoqol “yüngül dərəcə” sərxoşluğu müəyyən edilməmişdir; 24 fevral 2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 24 fevral 2022-ci il tarixdə saat 22:15-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin və şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 22 fevral 2022-ci il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar