Məhkəmə qərarları › İş №3(039)-237/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-237/2020

14.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-237/2020 14.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfərən” aptekin işçilərini söyərək təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfərən” aptekin işçilərini söyərək təhqir etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfərən” aptekə gedib baş ağrısı dərmanı almaq istəsə də, aptekin işçiləri ona istədiyi dərmanın olmadığını bildirmişlər. Bundan sonra o əsəbləşmiş və sonra aptekdə nə baş verdiyini xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, o, “Zəfəran” aptekdə əczaçı işləyir. Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində aptekə gələrək dərman vasitəsi istəmişdir. Lakin həmin dərman aptekdə olmadığı üçün Şəxs dərmanın olmadığını bildirmişlər. Lakin buna baxmayaraq Şəxs onun və aptekdə işləyən digər işçilərin ünvanın “ siz nə yemisiniz ki, bu qədər harınlamısınız” demiş və sair söyüşlər işlətmişdir. Bundan sonra Şəxs aptekdə olan başqa müştərilərin köməyi ilə aptekdən çölə çıxarılmışdır. Bundan əlavə olaraq Şəxsmütamadi olaraq onun işlədiyi aptekdə və küçədə onun qarşısını kəsib onu narahat edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 şahid X2 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfərən” aptekin işçilərini söyərək təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Turanə Əhmədovanın, Leyla Süleymanovanın, Məleykə Əhmədovanın və Şəlalə Qurbanovanın xx.xx.2020-ci il tarixli ərizəsində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində “Zəfərən” aptekə Vasif adlı şəxs daxil olaraq işçiləri yəni Turanə Əhmədovanı, Leyla Süleymanovanı, Məleykə Əhmədovanı və Şəlalə Qurbanovanı heç bir səbəb olmadan ucadan qışqıraraq səs-küy salıb təhqir etmişdir. Həmin vətəndaş barəsində qanuni tədbir görülməsini xahiş etmişdilər; DSMF-nin Yevlax şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Şəxs İİ dərəcəli əlilliyə görə 232 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidlərin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar