Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-238/2021 16.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Yevlax rayonu Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinın başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X1nı döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X2 Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında xx xxxxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, X5 onun bacısıdır və bir evdə yaşayırlar. X1 müxtəlif yerlərdə işləyir və mütamadi olaraq evdə onun həyat yoldaşına və uşaqlarına qarşı nalayiq ifadələr işlətdiyindən aralarında mütamadi olaraq mübahisələri olur. xx xxxxxx 2021-ci il tarixdə evdə olan zaman X1 yenə əxlaqsız ifadələr işlətmişdir. O, bundan əsəbləşərək bacısı ilə mübahisə etmiş, ağac parçası ilə onun ayağından vurmuş və daha sonra bıçaq götürərək onu öldürmək istəmişdir. O, bacısının boğazından tutmuş və bıçaqla bacısının boğazından vurmaq istəyəndə bacısı əli ilə bıçağı tutmuş və bu zaman bıçaq bacısının əlini kəsmişdir. Bundan sonra anası və qardaşı onları ayırmışlar. Əlavə olaraq qeyd etmişdir ki, təhqiqat bölməsində araşdırma zamanı o, polis əməkdaşlarına eyni məzmunlu ifadə vermişdir və hazırda da bacısı ilə münasibətlərinin pis olduğunu, hələ də onu öldürmək niyyətində olduğunu və əməlindən peşman olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs onun qardaşıdır. O, ailəsindən boşandıqdan sonra qardaşları və valideynləri ilə bir evdə yaşayır. Qardaşı Şəxs ilə mütamadi olaraq aralarında mübahisələri olur və onlar ailə üzvi kimi birlikdə yaşaya bilmirlər. Qardaşı dəfələrlə onu döymüş və öldürəcəyi ilə hədələmişdir. xx xxxxxx 2021-ci il tarixdə evdə olan zaman qardaşı Şəadət əsassız olaraq onunla mübahisə edərək onu ağac parçası ayağından vurmuş və daha sonra bıçaq götürərək onun boğaz nahiyəsinə tutaraq onu öldürmək istədikdə, o, əli ilə bıçağın qarşısını almaq istədikdə bıçaq onun əlini kəsmişdir. Bundan sonra anası və digər qardaşı Şəadəti ondan ayırmışlar. Əlavə olaraq qeyd etmişdir ki, təhqiqat bölməsində araşdırma zamanı o, polis əməkdaşlarına eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə baxısı X3 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətləri olduğundan materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə onların arasında baş vermiş mübahisə zamanı Şəxs niyyəti bacısı Elanə Mütəllimovanı öldürmək olmuşdur. Lakin o, bu niyyətini iradəsindən asılı olmayan səbəblərdən həyata keçirə bilməmişdir. “Cinayət işininin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərarla müəyyən edilir ki, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təhqiqat zamanı verdikləri izahatla məhkəmə iclasında verdikləri izahat arasında ziddiyət yaranmışdır. Eyni zamanda aparılmış təhqiqat zamanı Elanə Mütəllimovanın almış olduğu xəsarətlərin dərəcəsi müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xətada cinayətin əlamətləri aşkar edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmə iclasında qeyd olunan halların araşdırılması və həmin hallara hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə (Materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına verilməsi) əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materialların prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsinə dair qərar çıxarılır. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85, 114.2.3, 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilmiş inzibati xəta haqqında işdə cinayətin əlamətləri aşkar edildiyindən materiallar Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-238/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-238/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver