Məhkəmə qərarları › İş №3(039)-238/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-238/2022

26.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-238/2022 26.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis kapitanı X8, Zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 7 №-li Regional Sukanal İdarəsinin X10 nümayəndəsi X1, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri Ordubadi küçəsi ev 7-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 05 yanvar 2022-ci il tarixdə Yevlax rayonu Kövər kəndində yerləşən Yevlax Sukanal İdarəsinə məxsus 2 ədəd içməli su artezanının 381 manat dəyərində kabelini oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis kapitanı Bəhruz Nuriyev bildirmişdir ki, 18 yanvar 2022-ci il tarixdə 7 saylı Regional Sukanal İdarəsindən Yevlax Rayon Polis Şöbəsinə məktub daxil olmuşdur ki, Yevlax Rayon Malbinəsi xəttində 2 ədəd artezan quyusundan cəmi 72 metr kabel naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Bununla əlaqədar olaraq Yevlax Rayon Polis X4 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X5 05 fevral 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X2 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək söyləmişdir ki, 18 yanvar 2022-ci il tarixdə Yevlax rayon Kövər kəndində yerləşən Yevlax Sukanal İdarəsinə məxsus 2 ədəd içməli su artezanının kabelini oğurlamışdır. Həmin kabeli metal qəbulu məntəqəsinə 60 manat satmışdır. Hal-hazırda işləmir, dəymiş ziyanı ödəyə bilmir. Zərər çəkmiş şəxs X10 nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək söyləmişdir ki, Şəxs 05 yanvar 2022-ci il tarixdə Yevlax rayonu Kövər kəndində yerləşən Yevlax Sukanal İdarəsinə məxsus 2 ədəd içməli su artezanının 381 manat dəyərində kabelini oğurlamışdır. Dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Yevlax Rayon Polis X5 təhqiqatçısı, polis mayoru X9 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 fevral 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. 25 fevral 2022-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə 25 fevral 2022-ci il tarixdə saat 19:55-dən inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 25 fevral 2022-ci il tarixdən saat 19:55-dən hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs 381 (üç yüz səksən bir) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 7 №-li Regional Sukanal İdarəsinin X14 ödənilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar