Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-24/2022 17.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Yevlax Rayon Prokurorluğundan daxil olmuş 13 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda göstərilmişdir ki, Şəxs 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuananı 13.10.2021-ci il tarixdə saat 01 radələrində tanışı X2 Yevlax şəhəri, Dəmiryol vağzalının yaxınlığında 20 manata alaraq əldə edib üzərində saxlamış, 13.10.2021-ci il tarixdə, saat 02 radələrində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri, H.Əliyev prospektində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib üzərində həmin gün saat 02.40-dan saat 03.10-dək müdafiəçinin iştirakı ilə və vidio şəkilişlə keçirilmiş şəxsi-axtarış nəticində əlindəki çantasının içərisində olan fotoaparat qabının içərisindən şəxsi istehlak miqdarında 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Göründüyü kimi Şəxs satış məqsədi olmadan qanunsuz olaraq özünün istifadəsi üçün 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izah etdi ki, hərdən narkotik vasitə olan marixuana istifadə edir. 13.10.2021-ci il tarixdə saat 01 radələrində tanışı Ziyad adlı şəxsdən narkotik vasitə olan marixuananı 20 manata almışdır. Daha sonra Yevlax şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanarkən, polis əməkdaşları gəlmişlər və üzərində narkotik vasitə olmasında şübhələr olduğu üçün onlarla birlikdə Yevlax PPŞ-nə getməyini bildirmişlər. Orada üzərində vəkilin iştirakı ilə, video çəkilişlə keçirilən şəxsi axtarış zamanı əl çantasında olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon prokurorluğunun 13 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində toplanmış material inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin X3 13 oktyabr 2021-ci il tarixli 17/751 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş ... qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki; 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,23 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Tədqiqata sərf edildi 0,02 qram, qalıq 0,21 qram). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublıikası İXM-nin 206-cı maddəsində əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 0,21 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və mahiyyətini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1995-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdam şəhəri, Vağzalyanı küçəsi, bina 2, mənzil 2-də qeydiyyatda olan, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 0,21 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-24/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-24/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver