Məhkəmə qərarları › İş №3(039)-240/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-240/2022

28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-240/2022 28.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Yevlax şəhərində anadan olmuş, şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Hürüuşağı kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs 24 fevral 2022-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində X1 təhqir etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru İldırım Əsədov bildirmişdir ki, Yevlax rayonu Hürüuşağı kəndində yaşayan X6 24 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək, Fəzail adlı şəxs tərəfindən təhqir olunması barədə məlumat vermişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis mayoru X11 Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 24 fevral 2022-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində yaşadığı evə gedərkən yolda Fəxri Abduləzimovun yolun kənarında olan ağacları kəsdiyini görmüşdür. Bu zaman aralarında mübahisə baş vermiş, lakin o, heç kimi söyüb təhqir etməmişdir. Məhkəmə iclasında X6 şahid qismində oğlu izahat verərək bildirmişdir ki, 24 fevral 2022-ci il tarixdə yaşadıqları küçədə qonşusu Şəxsla aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs onu küçədə söyüb təhqir etmişdir. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzi Sisteminə zəng edərək bu barədə məlumat vermişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. X7 məhkəmə iclasında şahid Fəxri Abduləzimovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün ifadəsi, şahid ifadələri və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirlən hal kimi, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar