Məhkəmə qərarları › İş №3(039)-241/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-241/2020

14.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-241/2020 14.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuşMN seriyalı ******* saylıxx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:30-da Yevlax şəhəri, Nizami prospektində polisin qanuni tələbinəqəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmişYevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2 çıxış edərək bildirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 14:30-da Yevlax şəhəri Nizami prospektində xidmətdə olarkən bir nəfər vətəndaşın karantin rejimini pozduğunu görüb ona evinə getməsini tövsiyyə etmişdir. Lakin həmin vətəndaş onun qanuni tələbinə məhəl qoymayaraq ucadan səs-küy salaraq “ polis kimdir ki, mənə nəsə etsin. İstədiyim kimi gəzirəm” sözlərini demişdir. O, həmin şəxsi nizam intizama dəvət etsə də, həmin şəxs onun qanuni tələbinə tabe olmamışdır. Bundan sonra həmin vətəndaşı rayon polis şöbəsinə gətirilmiş və həmin vətəndaşın Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmişŞəxs özünü təqsirli bilərək hazırda əməlindən peşman olduğunu, anasının məhkum olduğunu və həmin vaxt anası ilə telefon vasitəsi ilə danışdıqdaq sonra əsəbləşib səs-küy salmağa başladığını, hazırda əməlindən peşman olmasınınəzərə alaraq barəsindəədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylıxx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14:30-da Yevlax şəhəri, Nizami prospektində polisin qanuni tələbinəqəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 17:30 inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinəəsasən İnzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinəəsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmişşəxsin, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmişşəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmişşəxsin səmimi peşmançılığını (İXM32.1.1), məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb işüzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan RespubilkasıİXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar