Məhkəmə qərarları › İş №3(039)-243/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-243/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-243/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, zərərçəkmiş şəxs X1 zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-cü ildə Yevlax rayonu Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Xanabad kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 08 aprel 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X4, xx.xx.2023-cü il tarixdə X5 döymüşdür. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir İnzibati protokolu tərtib etmiş Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X6, xx.xx.2023-cü il tarixdə X5 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib bildirmişdir ki, 2018-ci ildə X7 ilə ailə həyatı qurduğunu, ailə həyatı qurduqdan sonra həyat yoldaşı ilə mehriban yaşadığını, son zamanlar aralarında mübahisələr yarandığını, 30 mart 2023-cü il tarixdə həyat yoldaşı ilə aralarında mübahisə olmasına baxmayaraq onu döymədiyini, sadəcə itələdiyini, lakin 31 mart 2023-cü il tarixdə qaynanası X9 onlara gələrək “sən kişi deyilsən” deyərək onu təhqir etməyini, qaynanasınm sözündən əsəbləşərək özünü saxlaya bilmədiyindən qaynansının ağız nahiyyəsindən yumuruqla vurmasını, hazırda isə etdiyi əməlindən peşman olmasını bildirərək barəsində qanuna müvafiq qərarın qebul olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 2018-ci ildə Xanabad kəndində yaşayan Şəxs ilə ailə həyatı qurduğunu, ailə həyatı qurduqdan sonra mehriban yaşamalarını, lakin son zamanlarda həyat yoldaşı onunla yerli-yersiz mübahisələr etdiyini, əvvəllər həyat yoldaşı Şəxs onu döyməsinə baxmayaraq şikayətçi olmadığını, sonuncu dəfə 2023-cü ilin mart ayının 30-da günorta saatlarında həyat yoldaşı Şəxs telefon üstündə onunla yenədə mübahisə etməsini, əsəbləşərək yumuruqla üzündən vurduğunu, sonra isa itələyərək yerə yıxdığını, yıxılması nəticəsində sağ ayağı zədələndiyini, həyat yoldaşı onu evə burmadığına görə anasına zəng etdiyini, səhəri günü 31 mart 2023-cü il tarixdə saat 10 radələrində anası X9 onlara gəlməsini, bundan sonra həyat yoldaşı anası ilə mübahisə etməsini, sonra isə anasının ağız nahiyyəsinə yumuruqla vuraraq onu döydüyünü , anası aldığı zərbədən yerə yıxıldığını, bundan sonra həyat yoldaşı Zülfü tərəfindən anasının döyülməsi ilə bağlı “102” xidmətinə məlumat verməsini, hazırda isə həyat yoldaşından şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qızı X7 2018-ci ildə Xanabad kəndində yaşayan Şəxs ilə ailə həyatı qurduğunu, ailə həyatı qurduqdan sonra mehriban yaşamalarını, lakin son zamanlarda kürəkəni, qızını qısqandığını, bu səbəbdən də kürəkəni qızı Nərmindən xəbərsiz ayrılmaları üçün məhkəməyə müraciət etməsini, bunu bilən qızı bu barədə ona məlumat verməsini, elə ona görə də sonuncu dəfə 2023-cü ilin mart ayının 31-də qızının yaşadığı Xanabad kəndində ki, evlərinə getdiyini, kürəkəni Şəxs boşanmaq istəməyinin səbəbini öyrənəndə isə kürəkəni onunla mübahisə etdiyini, sonra isə ağız nahiyyəsindən yumuruqla vuraraq onu döyməsini,aldılğı zərbədən yerə yıxılmasını, döyülərkən qızı Nərminin hadisənin şahidi olmasını və hazırda isə kürəkənindən şikayətçi olduğunu bildirmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X6, 12 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X5 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə Sistemindən çıxarılan çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar