Məhkəmə qərarları › İş №3(039)-246/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-246/2020

15.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-246/2020 15.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, zərərçəkmişşəxs X5, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlıYevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxxxx 2020-ci il tarixdə baxılmasıüçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri S.Vurğun küçəsi 17 saylı binanın qarşısında park edilmiş X6 məxsus “VAZ 2107” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici və xx xxxxxx 2020-ci il tarixdə X7 məxsus “VAZ 2106” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati material xx xxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəməİnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X9 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri S.Vurğun küçəsi 17 saylı binanın qarşısında park edilmiş X6 məxsus “VAZ 2107” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici və xx xxxxxx 2020-ci il tarixdə X7 məxsus “VAZ 2106” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici oğurlamışdır. Zərərçəkmişşəxslərin ərizələri əsasında Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmişşəxs X10 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında binanın həyətində ona məxsus park etdiyi “VAZ 2106” markalı avomobilindən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici oğurlanmışdır. Oğurluq nəticəsində ona 170 manat ziyan dəymişdir. Bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən sonuncu barəsindəədalətli qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə prosesində iştirakını təmin etmək üçün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılsa da, zərərçəkmişşəxs məhkəmə prosesində iştirak edə bilmədiyini, bu günə qədər ona dəymiş ziyan ödənilmədiyindən sonuncu barəsindəədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, ailəüzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Yadında qalmayan tarixlərdə adlarını bilmədiyi və tanımadığışəxslərin avtomobillərindən oğurluq etmişdir. Bu hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanmasıüçün Yevlax RPŞ-nin İTByə göndərilmişdir; xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X8 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanmasıüçün Yevlax RPŞ-nin İTByə göndərilmişdir; xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X6 məxsus “VAZ 2107” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici oğurlamışdır. Bununla da, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X7 məxsus “VAZ 2106” markalı avomobildən 1 ədəd maqnitofon, 2 ədəd səs gücləndirici oğurlamışdır. Bununla da, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2020-ci il tarixlu protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:30 inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinəəsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; 34.2-ci maddəsinəəsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.4-cü maddəsinəəsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 227-ci maddəsinəəsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləlikləməhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmişşəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmişşəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq işüzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşhəbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan RespubilkasıİXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar