Məhkəmə qərarları › İş №3(039)-246/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-246/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-246/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X5 Xidməti Bölməsinin baş inspektoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon polis şöbəsindən daxil olmuş İXP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 21060 MİNİK” markalı B667B005 dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs idarə etdiyi “VAZ 21060 MİNİK” markalı B667B005 dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax rayonu Hacıselli kənd ərazisində hərəkətdə olan zaman rayon polis şöbəsinin post patrul bölüyünün əməkdaşları həmin sürücünün narkotik sərxoşluğu vəziyyətində olduğundan şübhələnərək ona durma işarəsi etmişlər. Lakin Şəxs polis əməkdaşlarının tələbinə məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Bundan sonra post patrul xidmətinin əməkdaşları onu dəstək üçün dəvət etmişlər. O, qeyd edilən ünvana gələrək avtomobilə dayanması üçün işarə verdikdə avtomobil saxlamışdır. Bundan sonra o, avtomobilə yaxınlaşdıqda avtomobildə sürücü Şəxs və sərnişini X1 olduğu müəyyən edilmişdir. Bundan sonra həmin şəxslərin narkotik maddələrinin təsiri altından olmasına kifayət qədər şübhə olduğu üçün sürücüyə və sərnişinə tibbi müayinədən keçməkləri təklif etmişdir. Tibbi müayinədən keçdikdən sonra sürücünün və sərnişinin narkotik maddə qəbul etdikləri müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İXP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 21060 MİNİK” markalı B667B005 dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; sərxoşluğun müayinəsinə dair xx.xx.2023-cü il tarixli, 308 №li protokoldan görünür ki, Şəxs narkotik sərxoşluğu əlaməti müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 333.2-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktla, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 21060 MİNİK” markalı B667B005 dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitə marixuananın təsiri altında idarə etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sonuncunun məsuliyyətini yüngülləşdirən aşdıran halların müəyyən edilməməsini, məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququnun 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar