Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-246/2025 03.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu, Mədətov Samir Yusif oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs Yevlax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan Şəxs barəsində Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 03 fevral 2025 -ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Yevlax rayon Məhkəməsinin 2(039)-2182/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış 1500 manat aliment borcunu tələbkar X2 ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borclarını ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar X4 ilə telefon əlaqəsi yaradılmış, tələbkar danışıq zamanı alimentinin ödənilməsini tələb etdiyini bildirmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, özünün həmin məbləği verməyə imkanının olmamasını, və uşaqlarından imtina etmədiyini bildirmiş, 2024-cü ilin sentyabr ayınadək Uşaqlara özü işləyib baxdığını, sonra onkoloji xəstəliydən əziyyət çəkdiyi üçün işdən çıxıb müalicəyə başlamışdır. Həmin dövrlərdə X4 uşaqlarının öz himayəsinə keçirilməsi və ondan uşaqlar üçün aliment tutulması üçün məhkəməyə müraciət edilmiş, və barəsində qiyabi qətnamə çıxarılmışdır. Qətnamənin alınması ilə bağlı bildirişə atası tərəfindən qol çəkilmiş, lakin qiyabi qətnamə ilə bağlı ona heç bir məlumat verilməmişdir. Özünün həmin dövrlərdə müalicə almağı səbəbi ilə əlaqədər yaşayış ünvanında olmaması, və atasının yaşlı və səhhətində problemləri olması səbəbi ilə məhkəməyə yenidən müraciət edərək qiyabi qətnamənin ləğvi və uşaqların ona qaytarılması üçün yenidən məhkəməyə müraciət edəcəyini bildirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə ünvanlayaraq səhətində olan problemlemlərə görə Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(039)- 2182/2024 saylı qiyabi qətnaməsini onun əvəzinə atası almış, və atasıda yaşlı şəxs olduğu üçün ona qətnaməni təqdim etməyi unutmuşdur. Və buna görədə həmin qətnamənin sürətini teqdim edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış şəxsi və İcra məmurunun izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2182/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbzini atası tərəfindən almasına və qətnamənin qanuni qüvvə almasına baxmayaraq özünün üzürlü səbəbi olduğu üçün yenidən qiyabi qətnamənin ləğvi üçün məhkəməyə müraciət etmək hüququ olduğu üçün icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-246/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-246/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver