Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-247/2020 15.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X4, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax Rayon Polis Şöbəsində tərtib olunmuş iş materialları xx xxxxx 2020-ci il tarixdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə vətəndaş X2 məxsus evin həyətindən 5 ədəd toyuğunu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə vətəndaş X2 məxsus evin həyətindən 5 ədəd toyuqlarını oğurlamışdır. X1 ərizəsi əsasında Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 məhkəmə iclasında Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyini bildirərək, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində inzibati xəta haqqında işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilib vermiş olduğu izahatında göstərmişdir ki, bu cür hərəkətləri etməyinə səbəb maddi imkanının olmaması olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını və zərərçəkmişşəxslə barışmasını bildirərək barəsində olan inzibati xəta haqqında materialın icraatına xitam verilməsi xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X1 ərizəsi əsasında torplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir və qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat başlanmas üçün Yevlax RPŞ-nin İTB-yə göndərilmişdir; xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə vətəndaş X2 məxsus evin həyətindən 5 ədəd toyuğunu oğurlamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə, saat 19:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işüzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati işüzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X2 vurmuş olduğu maddi ziyanın dəyəri 30 (otuz) manat olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə X3 ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin in 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. xx.xx.2020-ci il tarixdə tutulmuş Şəxs həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-247/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-247/2020
15.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver