Məhkəmə qərarları › İş №3(039)-247/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-247/2021

07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-247/2021 07.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 11000- 0221/21 saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasının “X10 X11 Ahmad Porkarı” şirkəti tərəfindən Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 55D13710/55D13810 nömrə nişanlı nəqliyyat vasitəsilə 750 qutu “Karamelli Konfetlər”, 2133 qutu “Biskvit”, 294 qutu “Kişmiş” və 1500 qutu “Xurma” yükləri göndərilmiş və xx.xx.2021-ci il tarixli, **********2919 saylı gömrük bəyannaməsi ilə X7 rəsmiləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində baxış zamanı bəyan edilən 1500 qutu “Xurma” yükünün 16 qutusunun (çəkisi 96 kq) üzərində malın istifadə müddətinin bitdiyi müəyyən edilmişdir. Üzərində malın istifadə müddəti bitmiş 16 qutu(çəkisi 96 kq) ”Xurma” yükü barədə protokol tərtib edilmiş və ünvan 2 ünvanında yerləşən Yevlax Gömrük postunun anbarına qoyulmuşdur. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati araşdırma başlanılmışdır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X5 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, 16 qutu xurma yükünün istifadəyə yararlı olub-olmamasını müəyyən etmək üçün Yevlax Gömrük postunun anbarında saxlanılan xurma yükündən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin Bərdə regional bplməsinə göndərilmiş və istifadə müddəti bitdiyi halda istifadəyə yararlı olubolmaması barədə rəy verilməsi xahiş olunmuşdur. AQTA-nın cavab məktubunda Sınaq protokoluna əsasən nümunə nəticəsi uyğun çıxmasına, yəni məhsul yaralı hesab edilməsinə baxmayaraq, “Yeyinti Məhsulları haqqında “ Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən üzərində saxlanma müddəti göstərilməyən və ya saxlama müddəti ötmüş məhsullar insan istehlakı üçün yararsız qida məhsulları hesab edildiyinə görə hüquqi şəxs barəsində protokol tərtib edilərək baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMCnin direktoru X4 izahat verərək bildirmişdir ki, qeyd edilən “Xurma” yükünün 16 qutusunun üzərində malın istifadə müddətinin bitdiyi müəyyən edilsə də, keçirilmiş sınaq rəyinə əsasən xurma özü istifadəyə yararlı olmuşdur. Qeyd olunan xurma yükü İran İslam Respublikasından idxal olunur və 96 kq xurma yükünün istifadə müddəti bitməmiş, lakin ixrac olunan şirkətinin işçiləri tərəfindən səhv olaraq müddəti keçmiş qutulara yığılmış və bu barədə avtomobilə baxış keçirən zaman məlumatlı olmuşdur. Bir sahibkar olaraq hər zaman xarici ölkələrdən məhsul idxal etmiş və heç bir zaman belə halla qarşılaşmamışdır. Özü də bir neçə dəfə İranda olarkən həmin məhsulların qutulara yığılmasında iştirak edib. Bu zaman şahidi olmuşdur ki, xurmaların yığıldığı qutular əvvəlcədən hazırlanır və anbarda saxlanılır və mal ixrac olunduqca qutulara yerləşdirilməyə başlayır. Hazırda inzibati xəta hesab edilən fakt, xurma yükünün səhv qutulara, yəni üzərində istifadə müddəti bitmiş tarixlər yazılmış qutulara yerləşdirilməsi nəticəsində baş vermişdir. Hesab edir ki, rəhbərlik etdiyi müəssisənin əməlində inzibati xəta tərkibi yoxdur və MMC barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardaddan görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır; 11000-0221/21 saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə İran İslam Respublikasının “X10 X11 Ahmad Porkarı” şirkəti tərəfindən Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olanŞəxs MMC-nin ünvanına 55D13710/55D13810 nömrə nişanlı nəqliyyat vasitəsilə 750 qutu “Karamelli Konfetlər”, 2133 qutu “Biskvit”, 294 qutu “Kişmiş” və 1500 qutu “Xurma” yükləri göndərilmiş və xx.xx.2021-ci il tarixli, **********2919 saylı gömrük bəyannaməsi ilə X7 rəsmiləşdirilmişdir. Qeyd edilən nəqliyyat vasitəsinə Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində baxış zamanı bəyan edilən 1500 qutu “Xurma” yükünün 16 qutusunun (çəkisi 96 kq) üzərində malın istifadə müddətinin bitdiyi müəyyən edilmişdir; Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxx 2021-ci il tarixli , 29/1824 nömrəli məktubundan görünür ki, istifadə müddəti bitmiş xurma məhsuluna rəy verilməsi üçün AQTA-nın Bərdə regional bölməsinin əməkdaşları tərəfindən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixli Sınaq protokoluna əsasən nümunə nəticəsi uyğun çıxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 448-ci maddəsinə əsasən saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə -saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, qeyd olunan normanın dispoziyasına görə saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsi inzibati xəta tərkibi yaradır. Hazırkı işdə isə idxal olunması qanunsuz sayılan xurma məhsulunun yararlılığı yoxlanılmış və sınaq nəticələri tətbiq edilən müayinə metodlarına və normativ/standart tələblərinə uyğun olmuşdur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. ünvan 2 ünvanında yerləşən Yevlax Gömrük postunun anbarında saxlanılan və üzərində istifadə müddəti bitmiş tarixlər qeyd olunmuş 16 ədəd qutu məhv edilsin və 96 kq xurma yükü Şəxs MMC-yə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar