Məhkəmə qərarları › İş №3(039)-248/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-248/2020

17.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-248/2020 17.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bərdə rayonu Əyricə kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax rayon ərazisində karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrasının təşkil edilməsinə dair” xx xxxx 2020-ci il tarixli, Ə304-001 saylı əmrinin icrası ilə əlaqədar olaraq xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Yevlax- Ağcabədi yolunda Yevlax rayon Polis Şöbəsinin İTB-nin YYÇPİTQ-nın inspektoru, polis kapitanı Fərid Paşayev PPXB-nün polis nəfəri Yasin Yusubovla birlikdə həmin ərazidə xidmət aparan zaman, bir nəfər şəxsin idarə etdiyi VAZ 21099 markalı ** BB *** nömrə nişanlı avtomobillə Yevlax rayonu ərazisinə daxil olmaq istəyən zaman, tərəfindən həmin avtomobil saxnanıldı və sürücüdən yaşadığı yeri hansı əsasla tərk etməsinin səbəbini soruşduqda həmin şəxs adını Şəxs olduğunu, Bərdə rayonu Əyricə kəndində yaşadığını və icazəsiz yaşayış yerini tərk etdiyini, Yevlax rayon ərazisindən yük yola salmaq istədiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin şəxsə karantin rejimi qaydalarını pozması izah edildi və yaşayış yerinə qayıtması barədə xəbərdarlıq edildi. Həmin vaxt Şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq polis əməkdaşları ilə mübahisə etməyə başlamış, daha sonra avtomobili yerində yüksək sürətlə hərəkət etdirərək həmin yerdən uzaqlaşmaq istəmişdir. Lakin həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən araşdırma aparılmış onların barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində icazəsiz yaşayış yerini tərk edərək Yevlax rayonu ərazisindən Bakı şəhərində yaşayan oğluna yük yola salarkən polis əməkdaşları ona yaxınlaşaraq yaşayış yerinə qayıtması barədə xəbərdarlıq etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. 2-ci qrup əlil olmaqla pensiyaçıdır. Törətdiyi əmələ görə səmimi peşmandır. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X2 X5 X6 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X2 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. Beləliklə,Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Saleh Məmmədov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar