Məhkəmə qərarları › İş №3(039)-248/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-248/2021

22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-248/2021 22.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi gömrük postunun böyük inspektoru X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən Yevlax Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (Vöen **********) tərəfindən xx xxxx 2020-ci il tarixli № ASİ/AS/060/20 saylı müqavilə əsasında xx xxxx 2020-ci il tarixli **********9393 saylı, xx xxxx 2020-ci il tarixli **********9394 saylı, xx xxxx 2020-ci il tarixli **********9395 saylı, xx xxxx 2020-ci il tarixli **********9396 saylı, xx xxxx 2020-ci il tarixli **********9398 saylı, xx xxxx 2020-ci il tarixli **********9399 saylı, xx xxxx 2020-ci il tarixli **********6400 saylı və xx xxxx 2020-ci il tarixli **********9401 saylı gömrük bəyannamələri üzrə dəyəri 10471 (on min dörd yüz yetmiş bir dollar) ABŞ dolları olan “Sementdən hazırlanmış beton məmulatlar” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən X7 Stoch Company “Akelık Group” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 10471 (on min dörd yüz yetmiş bir dollar) ABŞ dolları olan valyuta vəsaitini bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Yevlax Gömrük postunun baş inspektoru X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, göstərilənlərlə əlaqədar müvafiq araşdırma aparıldıqdan sonra Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan tərkib olduğundan müvafiq protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq qeyd olunan MMC-nin inzibati məsuliyyətə cəlb olunması haqqında qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, baxılan inzibati xəta haqqında iş üzrə özlərini təqsirli bilmirlər. Belə ki, Şəxs MMC tərəfindən Gürcüstan Respublikasına ixrac edilən yükün dəyərinların günahı ucbatından deyil, alıcı Gürcüstan Respublikasında yerləşən X7 Stoch Company “Akelık Group” şirkəti tərəfindən gecikdirilmişdir. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2021-ci il tarixli, 11000-0362/21 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (Vöen **********) tərəfindən xx xxxx 2020-ci il tarixli № ASİ/AS/060/20 saylı müqavilə əsasında xx xxxx 2020-ci il tarixli **********9393 saylı, xx xxxx 2020-ci il tarixli **********9394 saylı, xx xxxx 2020-ci il tarixli **********9395 saylı, xx xxxx 2020-ci il tarixli **********9396 saylı, xx xxxx 2020-ci il tarixli **********9398 saylı, xx xxxx 2020-ci il tarixli **********9399 saylı, xx xxxx 2020-ci il tarixli **********6400 saylı və xx xxxx 2020-ci il tarixli **********9401 saylı gömrük bəyannamələri üzrə dəyəri 10471 (on min dörd yüz yetmiş bir dollar) ABŞ dolları olan “Sementdən hazırlanmış beton məmulatlar” yükü rəsmiləşdirilərək Gürcüstan Respublikasında yerləşən X7 Stoch Company “Akelık Group” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Şəxs MMC tərəfindən ixrac edilən yükün dəyəri 10471 (on min dörd yüz yetmiş bir dollar) ABŞ dolları olan valyuta vəsaitini bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına geri köçürülməmişdir. Məhkəmə, Yevlax Gömrük postunun baş inspektoru X3 və Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 10471 ( on bir dörd yüz yetmiş bir dollar) ABŞ dolları valyuta vəsaiti məbləğinin 35 (otuz beş) faizi miqdarında (ödənilən günü manatla olan məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. üzdür” Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar