Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-249/2020 17.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərər çəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx xxxx 1979-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan, Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində Yevlax şəhəri M.Ş.Vazeh küçəsində X5 qollarından tutaraq bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymüşdür. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Şahin Fətullayev bildirmişdir ki, Yevlax şəhəri İnşaatçılar küçəsi ev 57-də yaşayan, Yevlax rayon polis Şöbəsinin dəftərxanasında operator vəzifəsində işləyən X7 xx xxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yevlax rayonu Qoyunbinəsi kənd sakini Şəxs ona əxlaqsız təklif etdiyini, Şəxs həmin gün onun qarşısını kəsərək zorla avtomobilinə əyləşdirmək istədiyini və bu zaman ona bədən xəsarəti yetirdiyini bildirirərək Şəxs cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etdiyinə görə Lamiyə Əhmədovanın ərizəsi əsasında toplanmış material üzrə Yevlax Rayon Prokurorunun müavini, baş ədliyyə müşaviri X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə məlumat verilmişdir. Qərara əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Yevlax şəhəri M.Ş.Vazeh küçəsində olarkən avtomobili Lamiyənin qaşısında saxlamışdır. O, Lamiyəyə “otur maşına sənə söz deyəcəm” demiş, o, isə “nə sözün var maşından aşağı düş de” deyə bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, bu zaman Lamiyə yerdən daş götürərək avtomobilə tərəf atmışdır. Mübahisə zamanı o, Lamiyəni vurmamış, sadəcə qolundan tutmuşdur. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında bildirmişdir ki, Şəxs onu mütamadi olaraq narahat edir, bununla əlaqədar olaraq xx xxxxxx 2019-cu il tarixdə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydadada həbs edilmişdir. Buna baxmayaraq həbsdən azad olunandan sonra onu yenidən narahat etməyə davam etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 13:55 radələrində X10 bazar istiqamətindən işlədiyi Yevlax Rayon Polis Şöbəsinə gedərkən M.Ş.Vazeh küçəsində Şəxs özünə məxsus avtomobili onun üzərinə sürmüş, bundan sonra isə avtomobili kənara verib saxlamış və avtomobildən düşərək ona avtomobilə əyləşməsini təklif etmişdir. O, isə Anarın təklifini rədd etmişdir. Şəxs buna görə onun qollarından tutaraq bədənin müxtəlif nahiyyələrinə vurmuşdur. Bundan sonra Anar onun kömək istəmək üçün qışqırdığını görüb qorxduğundan oradan çıxıb getmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs ilə barışmamış və onun barəsində tədbir görülməsini xahiş etdi. Yevlax Rayon Məhkəməsinin 3(039)-598/2020 №-li, xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həb edilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri, Yevlax Rayon Prokurorunun müavini, baş ədliyyə müşaviri X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Prokurorunun müavini, baş ədliyyə müşaviri X2 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini kifayət saymayaraq inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxx 2020-ci il saat 13:45-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-249/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-249/2020
17.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver