Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-249/2021 19.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1958-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 18:30 radələrində ünvan 1 X6 ünvanına ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş, yəni ictimai qaydanı pozan xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Xəyal Səlimli bildirmişdir ki, Tərtər rayonu Ələsgərli kəndində yaşayan X7 xx xxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx xxxx 2021-ci il tarixdə Yevlax rayonu Qaraməmmədli kənd sakini Şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizəyə əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2020-ci ilin oktyabr ayında ona məxsus pay torpaq sahəsini Tərtər rayon sakini Şakir adlı şəxsə icarəyə vermiş, qarşılığında isə ondan 9000 manat məbləğində pul almışdır. Aralarında olan razılaşmaya əsasən o, 2021-ci ilin mart ayının 10-dan arpa əkilmiş torpaq sahəsindən çıxacaqmış. X10 həmin vaxt torpaq sahəsindən çıxmamışdır. xx xxxx 2021-ci il tarixdə saat 18:30 radələrində o, fermaya gedərək Şakirlə görüşmüşdür. Həmin vaxt aralarında mübahisə baş vermişdir, mübahisə zamanı o, Şakir Zamanovu söyüb təhqir etməmiş, Şakir Zamanovun mübahisəli torpaq sahəsindən çıxmasını tələb etmişdir. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 17:30 radələrində Şəxs fermaya gələrək onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt çobanda yanlarında olmuşdur. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə gedərək ərizə ilə rəhbərliyə müraciət etmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək bildirmişdir ki, o, həmin fermada çoban işləyir. xx xxxx 2021-ci il tarixdə saat 17:30 radələrində Şəxs fermaya gələrək Şakir Zamanovun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri şahid ifadələri, polis sahə rəisi, polis leytenantı Xəyal Səlimli tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-249/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-249/2021
19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver