Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-249/2025 04.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, Yevlax rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5, Zərərçəkmiş şəxs (tələbkar) X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi (vəkil) X2 iştirakları ilə xx.xx.1987-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)-645/2015 saylı və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 754/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)- 645/2015 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla iki uşaq üçün cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu fərdi əməklə məşğul olmasına və maddi imkanının olmasına baxmayaraq icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Buna görə borclu həmin icra sənədi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin borcunu ödəməmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-754/2023 saylı qətnaməsi ilə iddia təmn edilərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)-645/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlk yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat alimentin tutularaq X3 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu fərdi əməklə məşğul olmasına, maddi imkanının olmasına baxmayaraq icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmış, əvvəlki borcunu və sonrakı icra sənədi üzrə icra etməli olduğu tələbi icra etməmişdir. Nəticədə borclunun 13393 (on üç min üç yüz doxsan üç) manat aliment borcu yaranmışdır. Tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmiş, lakin borclu ötən müddət ərzində icra sənədinin icrası ilə əlaqədar heç bir təşəbbüs göstərməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X3 verilməlidir. İcra məmuru tərəfindən icra sənədinin icrası ondan tələb edilsə də, maddi imkanı olmadığından alimenti ödəyə bilməmişdir. Hazırda da maddi imkanı olmadığı üçün borcunu birdəfəyə ödəyə bilmir. Mülkiyyətində olan evi satıb borcunu ödəmək istəyir, lakin bunun üçün ona bir neçə ay vaxt lazımdır. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X6 verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)-645/2015 saylı icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla iki uşaq üçün cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq ona verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu fərdi əməklə məşğul olmasına və maddi imkanının olmasına baxmayaraq icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmışdır. Buna görə də borclu həmin icra sənədi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin borcunu ödəməmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-754/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)-645/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlk yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra vərəqəsi icra edilməsi üçün Yevlax rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu fərdi əməklə məşğul olmasına, maddi imkanının olmasına baxmayaraq icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmış, əvvəlki borcunu və sonrakı icra sənədi üzrə icra etməli olduğu tələbi icra etməmişdir. Nəticədə borclunun 13393 (on üç min üç yüz doxsan üç) manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmiş, lakin borclu ötən müddət ərzində icra sənədinin icrası ilə əlaqədar heç bir təşəbbüs göstərməmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Borclu bir neçə dəfə söz verməsinə baxmayaraq, onu və icra məmurunu aldadaraq borcunu ödəməkdən yayınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)-645/2015 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 70 (yetmiş) manat olmaqla iki uşaq üçün cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 verilməlidir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-754/2023 saylı icra vərəqəsindən görünür ki. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(107)- 645/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh Şəxs xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlk yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat aliment tutularaq X3 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-754/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Şəxs tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra məmuru tərəfindən borcluya Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən, saat 11:50-dən hesablansın Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-249/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-249/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver