Məhkəmə qərarları › İş №3(039)-25/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-25/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-25/2021 08.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri, Vaqif küçəsi, 6 saylı evdə ailə münaqişəsi zəminində həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X3 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həyat yoldaşıŞəxs onu yaşadıqlarıevdə döyərək xəsarət yetirdiyini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Yevlax RPŞ-nin TBnin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhəri, Vaqif küçəsi, 6 saylı ünvanda yaşayır. xx xxxxxx 2020ci il tarixdə yaşadıqlarıevdə olan zaman Nuranə ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı əsəbləşib Nuranəni vurmuşdur. Hazırda Nuranə ilə barışmışdır və törətdiyi əməldən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmi peşmançılığını və Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, iznibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs ilə 23 ildir ki, ailə qurmuşlar. Birgə evlilikdən üç övladları olmuşdur. Son vaxtlar Bəxtiyarla yola getmirlər və mütəmadi olaraq ailə mübahisələri olur. xx xxxxxx 2020-ci il tarixdə yaşadıqları ünvanda qızı Jalənin cehizlik əşyalarının alınması mövzusunda Bəxtiyarla aralarında mübahisə yaranmışdır. Bəxtiyara maşını satmasını və qardaşından pul almasını və bu pulla qızı Jaləyə cehizlik əşyası almaq istədiyini bildirmişdir. Bəxtiyarın onunla razılaşmayaraq əsəbləşmiş və onun saçından tutaraq yerə yıxmışdır. Bundan sonra güldanı və mobil telefonu onun başına vurmuşdur. Hazırda Şəxsla barışmışdır. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax RPŞ-nin TB-nin xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işinin başlanması, əməlində cinayət tərkibi olmadığından rədd edimişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, MTE və PA Birliyinin Yevlax rayon Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 755 saylı rəy ilə Zərərçəkmiş şəxs bədən səthində sol gözaltı nahiyəsinin qançırı, sol qaşın bayır bucağının şişkinliyi, təpə nahiyəsinin şişkinliyi məhkəmə-tibb əlamətləri aşkar edilmişdir. Xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx xxxxxx 2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisi polis mayoru Qurban Qasımovun izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar