Məhkəmə qərarları › İş №3(039)-25/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-25/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-25/2024 07.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi rəisi X3, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Nematabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində İcra Hakimiyyəti binasının qarşısında “Yolkanın” ətrafında ictimai yerdə ucadan nalayiq ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində İcra Hakimiyyəti binasının qarşısında “Yolkanın” ətrafında ictimai yerdə ucadan nalayiq ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir və barəsində inzibati icraat aparılan şəxsdən xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilməsi üçün iltizam alınaraq evə buraxılmışdır. Lakin xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı evdə dəm qazından zəhərlənərək vəfat etmişdir. X1 məhkəmə iclasında Şəxs vəfat etdiyindən barəsində olan materialın icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: MN seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Yevlax şəhəri H.Əliyev prospektində İcra Hakimiyyəti binasının qarşısında “Yolkanın” ətrafında ictimai yerdə ucadan nalayiq ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur; xx.xx.2024-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00-da tutulmuşdur və xx.xx.2024-cü il tarixdə saat 18:00-da çağırılan vaxtı rayon polis şöbəsinə gəlməsi üçün iltizam alınaraq həbsdən azad edilmişdir; Yevlax rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli 01c-24 saylı məktubundan görünür ki, hazırda rayon prokurorluğunda xx.xx.1992-ci il təvəllüdlü, Şəxs yaşadığı Yevlax rayonu Nematabad kəndində yerləşən evin yataq otağının çarpayısında ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə araşdırma aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 66.3-cü maddəsinə əsasən Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, Şəxs öldüyünə görə onun barəsində başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Göstərilən 1 (bir) saat hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8 və 114.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı başlanmış icraata həmin Məcəllənin 53.1.8-ci maddəsinə əsasən xitam verilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar