Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-250/2020 18.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X2, İnzibati xəta törətmişşəxs Şəxs iştirakı ilə, xx xxx 1993-cü ildəYevlax şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Q.Əşrəfbəy küçəsi ev 9, mənzil 51-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri Şəhriyar küçəsi ev 1-də yaşayan X5 məxsus evdən 1 ədəd kondisionerin elektrik hissəsini, 1 ədəd su qızdırıcı və 2 ədəd təxminən 2 metrlik dəmir boruları oğurlamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Saleh Məmmədov bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan X6 xx xxxxxx 2020-ci il tarixdə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək həyətindən kondisionerin, su qızdırıcısının və dəmir borularınln oğurlanması barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhərində polis əməkdaşları ona yaxınlaşaraq küçədə dayanmasına zərurət olub-olmamasını soruşmuş, daha sonra polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat verməmişdir. Bundan sonra polis əməkdaşları onu Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Burada vicdan əzabı çekdiyini bildirərək, xx xxxxxx 2020-ci il tarixdə ünvan 2 ünvanından 1 ədəd kondisionerin elektrik hissəsini, 1 ədəd su qızdırıcı və 2 ədəd təxminən 2 metrlik dəmir boruları oğurladığını etiraf etmişdir. Həmin əşyaları tanımadığı şəxsə 50 manat pula satmışdır. Hal-hazırda işləmir, 1 ay vaxt ərzində işləyib oğurladığı əşyaların pulunu sahibinə qaytaracaqdır. Əməlindən peşmandır. İşə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasınının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq zərərçəkmiş X6 məhkəməyə gəlməmişdir. Telefon əlaqəsi zamanı zərər çəkmiş şəxs Nicat Səmədov bildirmişdir ki, o, hazırda Bakı şəhərindədir, karantin rejimi ilə bağlı Yevlax Rayon Məhkəməsinə gələ bilmir. Hazırda o, şikayətçidir, ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İşə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, X7 inzibati xətanı törətdiyinə görə xx xxxxx 2020-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş vəŞəxs barəsində inzibati xəta haqqında işüzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Saleh Məmmədov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini vəəmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşinzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən saat 18:30-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərəz çəkmiş şəxs X5 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-250/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-250/2020
18.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver