Məhkəmə qərarları › İş №3(039)-250/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-250/2022

03.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-250/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu Şaplar kəndində qeydiyyatda olan və Yevlax rayonu Qoyunbinəsi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 03.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03.03.2022-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində xidmətdə olan polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin post patrul xidməti bölməsinin polis nəfərləri 03.03.2022-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində ximətdə olan zaman saat 03:05 radələrində üç nəfər vətəndaşın kəndin mərkəzində aralarında mübahisə edərək səs-küy saldıqlarını görüb həmin vətəndaşlara yaxınlaşaraq onlardan səs-küy salmamaqlarını və nizam-intizamlı olmağa dəvət etmişlər. Lakin həmin vətəndaşlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün həmin vətəndaşlar polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdilər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs, X6 və X4 olduqları müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bildiyini qeyd edərək vermiş olduğu izahatında göstərmişdir ki, 03.03.2022-ci il tarixdə həmkəndlisi Alxan Babayevlə gec saatlara kimi kəndin ərazisində olan kafedə domino oynamışlar. Bundan sonra onlar evlərinə gedən zaman kəndin ərazisində dayanıb söhbət etmişlər. Bundan sonra başqa həmkəndliləri İbadət Qasımov onların yanına yaxınlaşmış və onlar bir müddət söhbət etdikdən sonra İbadətlə onun və Alxannın arasında sözlə mübahisələri olmuşdur. Nəticədə onlar ucadan səs-küy salmışdılar. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışdılar və onları nizam-intizama dəvət etmişlər. Lakin onlar öz əməllərinə davat etdikləri üçün polis əməkdaşları onları saxlayaraq rayon polis şöbəsinə aparmışlar. Hazırda əməlindən peşmançılıq çəkdiyini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin Postpatrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X3 izahatında bildirmişdir ki, 03.03.2022-ci il tarixdə polis nəfəri X10 rayonu Qoyunbinəsi kəndində ximətdə olan zaman saat 03:05 radələrində üç nəfər vətəndaşın kəndin mərkəzində aralarında mübahisə edərək səs-küy saldıqlarını görüb həmin vətəndaşlara yaxınlaşaraq onlardan səs-küy salmamaqlarını və nizam-intizamlı olmağa dəvət etmişlər. Lakin həmin vətəndaşlar onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdikləri üçün həmin vətəndaşlar tərəflərindən saxlanılaraq şöbəyə gətirilmişdilər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs, X6 və X4 olduqları müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 03.03.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 03.03.2022-ci il tarixdə Yevlax rayonu Qoyunbinəsi kəndində xidmətdə olan polis əməkdaşları ilə mübahisə edərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır; 03.03.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs 03.03.2022-ci il tarixdə saat 04:55-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar