Məhkəmə qərarları › İş №3(039)-250/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-250/2023

14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-250/2023 14.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Yevlax rayonu Qaraməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 06 mart 2023-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 14 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Yevlax rayonu Rüstəmli kəndində X2 yaşadığı evdə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onu qəsdən döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Yevlax rayonu Qaraməmmədli kəndində X2 yaşadığı evdə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onu qəsədm döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, uzun müddətdir yaşadıqları həyət yanı sahədə maqazin işlətdiklərini, bundan başqa məişət əşyaları, qab-qacaq və geyim paltarlarını səyyari satmaq üçün ətraf kəndlərə apardıqlarını, Yevlax rayonu Rüstəmli kəndində yaşayan X3 tanıdığını, bir neçə dəfələrlə onunla alver etdiklərini, sonuncu dəfə 2022-ci ilin payız aylarında Klara Rəhimova ondan 38 manat dəyərində məişət əşyaları aldığını, bu vaxta qədər 38 manat pul bocunu vermədiyini,məcbur olaraq xx.xx.2023-cü il tarixdə Klara Rəhimovanın yaşadığı ünvana gəldiyini,ondan pul borcunu istəyərkən Klara Rəhimova onu nəlayiq söyüşlərlə təhqir edərkən aralarında yaranmış münaqişə zamanı evin qarşısında olan ayaqqabı geyinən rajokla onun baş nahiyyəsinə və sol əlinin üst nahiyyəsinə vuraraq xəsarət yetirmişdir.Hal hazırda Klara Rəhimova ilə barışdığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, səyyari məişət əşyaları,qab-qacaq və geyim paltarları satışı ilə məşğul olan Şəxs tanıdığını, bir neçə dəfə ondan məişət əşyaları aldığını, sonuncu dəfə təxminən bir ay əvvəl Şəxs onların kəndinə məişət əşyaları, qab-qacaq və geyim paltarları gətirərək küçələrdə səyyari satdığını, o da ondan məişət əşyaları alaraq ona 23 manat pul borcu qaldığını, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı evdə olarkən həyət qapılarının döyüldüyünü eşidərək həyətə çıxdığını, Şəxs icazəsiz onların yaşadığı həyətə basqın edərək onda olan pul borcunu istəyərkən aralarında yaranmış münaqişə zəmnində onu ayaqqabı geyinən rajokla baş nahiyyəsinə və qapının qarşısında olan çəkmələr ilə onun kürək nahiyyəsinə vuraraq döymüşlər.X8 barışdığını,ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 aprel 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da Yevlax rayonu Rüstəmli kəndində X2 yaşadığı evdə ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onu qəsdən döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar