Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-250/2025 04.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6, X1 barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-ci ildə Yevlax rayonunda, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax şəhəri Fətəli xan Xoyski küçəsi ev 11-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş 04 fevral 2025 -ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 4060 manat aliment borcu tələbkar X4 ödəməkdən yayınmış, həmçinin Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(039)-2627/2019 saylı icra sənədi üzrə yaranmış 572.59 manat kredit borcunu və Yevlax Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(039)-552/2020 saylı iş üzrə yaranmış 371.39 manat kredit borcunu "xxxx" Kommersiya Bankı ASC-nə ödəməkdən yayınmışdır. Yevlax rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X10 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı izahatı alınmış və izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borclarını ödəyə bilməyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar X7 ilə telefon əlaqəsi yaradılmış, tələbkar danışıq zamanı alimentinin ödənilməsini tələb etdiyini bildirmişdir. X2 şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, qarşı tərəf onu övladları ilə görüşməyə şərait yaratmadığı üçün özü aliment borcunu ödəməkdən boyun qaçırtmışdır. Əgər belə bir şərait yaradılarsa ödəyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 fevral 2025 -ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Şamaxı Rayon Məhkəməsinin 2(074)-290/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə 4060 manat aliment borcu tələbkar X4 ödəməkdən yayınmış, həmçinin Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(039)-2627/2019 saylı icra sənədi üzrə yaranmış 572.59 manat kredit borcunu və Yevlax Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(039)-552/2020 saylı iş üzrə yaranmış 371.39 manat kredit borcunu "xxxx" Kommersiya Bankı ASC-nə ödəməkdən yayınmışdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-290/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə xx.xx.2022-ci ildən hər ay 140 manat alient borcu tələbkar X4 ödənilməsi nəzərdə tutlmuşdur. Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(039)-2627/2019 saylı icra sənədi üzrə yaranmış 572.59 manat kredit borcu "xxxx" Kommersiya Bankı ASC-ə yaranmışdır. Yevlax Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(039)-552/2020 saylı iş üzrə yaranmış 371.39 manat kredit borcunu "xxxx" Kommersiya Bankı ASC-nə ödəməkdən yayınmışdır. “Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında” 04 fevral 2025-ci il tarixli qərarına əsasən Yevlax Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(039)- 2627/2019 saylı, Yevlax Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli 2(039)-552/2020 saylı, Şamaxı Rayon Məhkəməsinin 2(074)-290/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X5 ödənilsin. Həbsetmənin əvvəli 04 fevral 2025-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-250/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-250/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver