Məhkəmə qərarları › İş №3(039)-251/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-251/2020

18.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-251/2020 18.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X6, İnzibati xəta törətmişşəxs Şəxs, Zərər çəkmişşəxs X3 iştirakı ilə, xx xxxxx 1986-cı ildəYevlax şəhərindəanadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri Dəmir yolu binası ev 23, mənzil 8-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri Ağamalıoğlu küçəsində yerləşən “İdris” marketdə vətəndaş X3 əl çantasından 70 manat pulunu oğurlamışdır.Bununla da, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında sahə rəisi, polis mayoru Əmirxan Namazov bildirmişdir ki, Yevlax şəhəri Dəmiryolu binası ev 24, mənzil 12-də yaşayan X7 xx xxxxx 2020-ci il tarixdə ərizə ilə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək, xx xxxxx 2020-ci il tarixdə ərzaq məhsulları almaq üçün getdiyi, Yevlax şəhəri Ağamalıoğlu küçəsində yerləşən “İdris” marketdə unutduğu əl çantasının içərisindən naməlum şəxsin 70 manat pulunun oğurlanması barədə Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək özünü təqsirli bilərək söyləmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində yaşadığı küçədə yerləşən “İdris” marketə ərzaq məhsulları almaq üçün getmiş, bu zaman marketdəki kassanın qarşısında satıcının başının qarışıq olduğunu görüb, çantanın içərisindən 8 manat pulu götürmüşdür. Əl çantadan 70 manat deyil 8 manat pulu oğurlamışdır. Hal-hazırda işləmir, 70 (yetmiş) manat pulu vaxt verilsə sahibinə qaytaracaqdır. Əməlindən peşmandır. Zərər çəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək söyləmişdir ki, xx xxxxx 2020-ci ill tarixdə saat 15:00 radələrində ərzaq məhsulları almaq üçün yaşadığı evin yaxınlığında yerləşən “İdris” marketə getmiş, ərzaq məhsulları aldıqdan sonra ödəniş etmişdir. Lakin yadından çıxdığı üçün əl çantasını marketdəki kassanın qarşısında yerləşən şirniyyat qutularının üzərində qaldığını, təxminən saat 22:00 radələrində xatırlamış və “İdris” marketə qayıtmışdır. Bu zaman əl çantasının şirniyyat qutularının üzərində olduğunu görmüş lakin əl çantasının içərisinə baxdıqda 70 manat pulunun çantanın içərisində olmadığını görüb Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ona vurulmuş ziyan Şəxs tərəfindən ödənilməmişdir. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmişəməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında işüzrə icraat aparılması qərara alınmışdır. İşə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxx 2020-ci il tarixdə saat 16:30-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanıX4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarı, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bu səbəbdən o, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini vəəmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuşinzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən saat 16:30-dan hesab edilsin. Qərarın icra Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Zərəz çəkmiş şəxs X5 dəymiş zərərin ödənilməsi tələbi ilə əlaqədar olaraq mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar