Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-251/2021 20.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:45-də Yevlax şəhəri Q.Quliyev küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 çıxış edərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə rayon polis şöbəsinin əməkdaşları Yevlax şəhəri Q.Quliyev küçəsində xidmətdə olan zaman saat 23:45-də bir nəfər vətəndaşın səs-küy saldığını görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin vətəndaşı nizamintizamlı olmağa dəvət etmişlər. Həmin vətəndaş polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. Rayon polis şöbəsində həmin vətəndaşın Yevlax rayonu sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxx 2021-ci il tarixdə saat 23: 45 radələrində yaşadığı binanın məhləsində dayanan zaman məhləyə polis avtomobilinin girdiyini görmüş və qorxaraq məhlədə olan qarajların arxasına keçmişdir. Qarajların arxasından çıxdıqda polis əməkdaşı onu yanına çağırmş, o, polis əməkdaşlarının onu şərləyəcəklərini ehtimal edərək DİN-nin 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin PPXBnin manqa komandiri, polis baş serjantı X3 izahatında bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə post yoldaşı X4 şəhəri Q.Quliyev küçəsində yerləşən parkın ərazisində xidmətdə olan zaman saat 23:45-də parkda gəzintidə olan bir neçə qadın onlara yaxınlaşaraq bir nəfər vətəndaşın binanın məhləsində nalayiq ifadələr işlətdiyi və səs-küy saldığı üçün həmin yerdən keçə bilmədiklərini bildirmişdilər. O və post yoldaşı xidməti avtomobillə binanın məhləsinə daxil olarkən bir nəfər vətəndaş onları görüb məhlədə olan qarajların arxasına qaçmışdır. O, post yoldaşına avtomobili qarajların yanına sürməyi tapşırmışdır. Onlar qarajlara yaxınlaşan zaman əvvəllər tanıdığı Şəxs əlində telefon qarajların arxasından çıxdığını görüb və həmin vətəndaşa yaxınlaşan zaman vətəndaş onlara 102 xidmətinə şikayət etdiyini bildirərək səs-küy salmağa başlamışdır. Bundan sonra onlar həmin vətəndaşı nizam-intizamlı olmağa dəvət etmişlər. Həmin vətəndaş onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam etdiyi üçün tərəflərindən saxlanılaraq şöbəyə aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:45-də Yevlax şəhəri Q.Quliyev küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx xxxx 2021-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 23:48-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 23:48-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-251/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-251/2021
20.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver