Məhkəmə qərarları › İş №3(039)-252/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-252/2020

18.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-252/2020 18.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri Neftkəməri küçəsi ev 182-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Yevlax şəhəri Nizami prospektində karantin rejimi qaydalarını pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır, bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması və ictimai qaydanı mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin sahə rəisi, polis mayoru Kərim Əzimov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanından irəli gələn, Daxili İşlər Nazirliyinin “Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimindən irəli gələn vəzifələrin icrasının təşkil edilməsinə dair” xx xxxx 2020-ci il tarixli, Ə304-001 saylı əmrinin icrası ilə əlaqədar olaraq xx xxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Mehman İbrahimov və Daxili Qoşunların 2 əməkdaşı ilə birlikdə Yevlax şəhəri Nizami prospektində xidmət aparan zaman bir nəfər şəxsin küçədə hərəkət etdiyini görüb karantin qaydalarına əməl etməsi barədə dəfələrlə xəbərdarlıq edərək evinə getməsini bildirmiş, lakin həmin şəxs evinə getməyərək uca səslə qışqıraraq onun qanuni tələbinə məhəl qoymadığı üçün, tərəfindən saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax rayon Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Yevlax şəhəri Neftkəməri küçəsində yaşayan 1995-ci il təvəllüdlü Şəxsdur. Bundan sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Raporta əsasən araşdırma aparılmış onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Yevlax şəhəri Nizami prospektində qonşuları ilə birlikdə ova gedən zaman polis əməkdaşları onlara yaxınlaşaraq hansı zərurətlə əlaqədar ərazidə hərəkət etdiyini soruşduqda, uşaqlarının xəstə olduğunu, onlara kirpi tutmaq üçün evdən çıxdığını bildirmişdir. Polis əməkdaşları ona yaşadıqları evinə getməsini bildirsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı X5 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 15:15 radələrində Yevlax şəhəri Nizami prospektində vətəndaşlara karantin qaydalarına əməl edib evdə qalmalarını bildirən zaman, bir nəfər şəxsin küçədə hərəkət etdiyini görüb, hansı zərurətlə əlaqədar küçədə hərəkət etdiyini soruşmuş, həmin şəxs uşaqlarının xəstə olduğunu, onlara kirpi tutmağa çıxdığını bildirmişdir, lakin müəyyən edilmişdir ki, şəxs yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat verməmiş, tərəfindən dəfələrlə evinə getməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin şəxs evinə getməyərək uca səslə qışqıraraq polisin qanuni tələbinə qəsdən tabe olmadığı və karantin qaydalarını qəsdən pozduğu üçün Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Bundan sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Yevlax Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Azərbaycan Respublikası Daxili Qoşunların əskəri X6 məhkəmə iclasında şahid Mehman İbrahimovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Azərbaycan Respublikasi Nazirlər Kabineti yanında X1 (Covid-19) İnfeksiyasının Azərbaycan Respublikasinin X2 X7 X8 xx xxxx 2020-ci il tarixli məlumatına əsasən, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının X2 qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür. İşə əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxx 2020-ci il tarixdə saat 16:35-dən inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs istinad edilən inzibati xətanı törətməsi təqsiri özünün etirafı, şahid ifadələrini, Yevlax Rayon Polis Şöbəsinin, İTB-nin polis sahə rəisi, polis mayoru Kərim Əzimov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211 və 535.1-ci maddələri ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən saat 16:35-dən hesab edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar