Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-252/2023 27.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: ünvan 1 ünvanında qeydiyyatda olan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 2 ünvanında qeydiyyatda olan X5 tərəfindən xx.xx.2019-cu il tarixli № 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli,**********6974 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “Qaz kəmərləri üçün diametri 426 mm olan qaynaq tikiş yeri olmayan qara metaldan istifadə olunan borular” və “Qaz kəmərləri üçün diametri 726 mm olan qaynaq olunmuş düz tikişli borular” yükünün dəyərinin 4486 ABŞ dolları olan valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan X5 tərəfindən xx.xx.2019-cu il tarixli № 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli,**********6974 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “Qaz kəmərləri üçün diametri 426 mm olan qaynaq tikiş yeri olmayan qara metaldan istifadə olunan borular” və “Qaz kəmərləri üçün diametri 726 mm olan qaynaq olunmuş düz tikişli borular” yükünün dəyərinin 4486 ABŞ dolları olan valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. X5 barəsində qanuni qərarın qəbul edilməsini xahiş etmişdir. X5 məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini və barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 aprel 2023-cü il tarixli № 11000/02367 saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan X5 tərəfindən xx.xx.2019-cu il tarixli № 01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli,**********6974 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “Qaz kəmərləri üçün diametri 426 mm olan qaynaq tikiş yeri olmayan qara metaldan istifadə olunan borular” və “Qaz kəmərləri üçün diametri 726 mm olan qaynaq olunmuş düz tikişli borular” yükünün dəyərinin 4486 ABŞ dolları olan valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş № 11000/02367, EP№0005416 olan 05 aprel 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X5 tərəfindən xx.xx.2019-cu il tarixli,**********6974 sorğu nömrəli gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş “Qaz kəmərləri üçün diametri 426 mm olan qaynaq tikiş yeri olmayan qara metaldan istifadə olunan borular” və “Qaz kəmərləri üçün diametri 726 mm olan qaynaq olunmuş düz tikişli borular” yükünün dəyərinin 4486 ABŞ dolları olan valyuta vəsaiti 180 gün ərzində ixracatçının bank hesabına geri köçürülməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur.” Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, malların (işlərin, Komitələrin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Qaydaların 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında qeyd olunan hüquqi mövqeyə əsasən eyni zamanda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına uyğun olaraq, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən “Valyuta tənzimi haqqında” Qanuna və Qaydalara müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, X5 tərəfindən xx.xx.2019-cu il tarixli **********6974 nömrəli gömrük bəyannamələri üzrə 4486 ABŞ dolları vəsaitin 180 günə qədər xarici valyutanın bank hesabına köçürülməsi təmin edilməli idi. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddət ərzində konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməmiş və xx.xx.2019-cu il tarixli **********6974 nömrəli gömrük bəyannamə üzrə xx.xx.2019-cu ildə həmin 180 gün müddəti bitmişdir. Həmin tarixdən 1 il müddətində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X5 inzibati məsuliyyətə cəlb edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən göründüyü kimi gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilər. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Şimal Ərazi Baş Gömrük İdarəsi göstərilən xəta ilə bağlı 10 yanvar 2023-cü il tarixdə, inzibati xətanın baş verdiyi gündən 01 ildən artiq müddətdən sonra inzibati məsuliyyətə cəlb edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X3 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05 aprel 2023-cü il tarixli, 11000/02367 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 05 aprel 2023-cü il tarixli, 11000/02367 saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-252/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-252/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver