Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-253/2020 21.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X4 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Toylı oğlunun iştirakı ilə Şəxs Toylı oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Toylı oğlu xx xxxxx 2020-ci il tarixdə saat 03.00 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 122-də yaşayan X1 evinin həyətindəki toyuq hinindən doqquz ədəd ev quşlarını (toyuq) oğurlamışdır. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X6 izah etdi ki, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 122-də yaşayan X5 xx xxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat verərək yaşadığı evin həyətindəki toyuq hinindən dəyəri təxminən 80-90 (səksən-doxsan) manat olan toyuqlarının oğurlandığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və Şəxs Toylı oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Toylı oğlu izah etdi ki, heç bir yerdə işləmir. xx xxxxx 2020-ci il tarixdə təxminən saat 03.00 radələrində Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi, 122 saylı evin həyətindən 9 (doqquz) ədəd toyuq oğurlamışdır. Oğurladığı toyuqları 20 (iyirmi) manata tanımadığı şəxsə satmışdır. X8 vurmuş olduğu ziyanı ödəyə bilmir. Törətdiyi əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 izahatında bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə saat 03:00 radələrində yaşadığı evin həyətində tualetdə olarkən evin həyətindən səs eşitmişdir. Qardaşı Ağdam rayonunda Hərbi Hissədə xidmət etdiyi üçün bəzən gecə saatlarında evə gəlir. Buna görə də yenə də qardaşı Muradın gəldiyini düşünmüşdür. Təxminən 5-10 dəqiqə sonra tualetdən çıxmış, bu zaman üzündə tibbi maska olan bir nəfər şəxsin toyuq hinindən toyuqları oğurladığını görmüşdür. Həmin şəxsi tutmaq istəsə də, həmin şəxs qaçaraq evin həyətindən çıxmışdır. Bir qədər həmin şəxsin arxasınca qaçsa da həmin şəxsi tuta bilməmiş və DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onun ümumilikdə 9 ədəd toyuğu oğurlanmışdır. Toyuqlarının ümumi qiymətinin təxminən 80-90 manat olmuşdur. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs Toylı oğlu tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Toylı oğlu xx xxxxx 2020-ci il tarixdə, saat 19.30da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, doqquz ədəd toyuğun ümumilikdə bazar qiyməti 70-80 (səksən-yetmiş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Toylı oğlunun, zərərçəkmiş şəxs X1 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Toylı oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Toylı oğlunun haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Toylı oğlunun əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs Toylı oğlunun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Toylı oğlunun şəxsiyyətini, məsuliyyətini yüngüləşdirən halları, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olduğunu və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Toylı oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxx 1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Neftkəməri qəsəbəsində yaşayan, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs Toylı oğlu 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 19.30-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs Toylı oğluna təqdim edilsin. Şəxs Toylı oğlundan 75 (yetmiş beş) manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X3 ödənilsin. Dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-253/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-253/2020
21.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver