Məhkəmə qərarları › İş №3(039)-254/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-254/2020

22.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-254/2020 22.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə X3 hər iki gözaltından vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı X3 yaşadığı ünvana gələrək onu qəsdən döymüşdür. Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilməyərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə keçmiş həyat yoldaşı X3 yaşadığı ünvana gələrək ailəsinin bərpa etmək istədiyini bildirmişdir. X6 barışmayacağını bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisələri olsa da o, keçmiş həyat yoldaşını vurmamasını, Salatın Nağıyevanın özünün yıxılaraq xəsarət almasını bildirərək barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,xx xxxxxx 2020ci il tarixdə keçmiş həyat yoldaşı Şəxs hazırda onun yaşadığı atası evinə gələrək ailələrinin bərpa etməsini və barışmasını xahiş etmişdir. Lakin o, Şəxs irad bildirərək onların bir ailə kimi birlikdə yaşamalarının imkansız olduğunu bildirmişdir. Bundan sonra Şəxs ona atasının yanında gözünün alt nəhiyəsinə yumruqla vuraraq xəsarət yetirmişdir. Bundan əlavə olaraq Şəxs mütamadi olaraq sərxoş vəziyyətdə onun yaşadığı ünvana gəlib onu təhqir etdiyini və döydüyünü, bundan əvvəl baş vermiş hadisələr zamanı onunla barışdığını, hazırda isə Şəxs şikayətçi olduğunu bildirərək sonuncunun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərər qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə X3 hər iki gözaltından vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(039)-152/2019 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X5 ilə barışdığına görə Şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilələrək o, cinayət məsuliyyətindən azad edilmişdir; Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(039)-34/2020 saylı qərarından görünür ki, zərərçəkmiş şəxs X5 ilə barışdığına görə Şəxs Azərbaycan Respublikası İXM nin 157-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmaması, məsuliyyəti ağırlaşdıran hal kimi - bir il ərzində təkrarən eyni inzibati xəta törətməsini (İXM 33.1.2) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 35 ( otuz beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 17:25-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar