Məhkəmə qərarları › İş №3(039)-254/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-254/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-254/2021 31.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə gecə aatlarında Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 8-də yaşayan X3 1 ədəd su matorunu oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi, polis leytenantı İsmayıl Cəfərzadə izah etdi ki, Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 8-də yaşayan X10 xx xxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək mart ayının 21-də yaşadığı evin həyətindən 1 ədəd işlənmiş vəziyyətdə olan su nasosunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis X8 araşdırma aparılmışdır. Yevlax Rayon Polis X9 xx xxxx 2021-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis X6 Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əvvəlki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etmişdir ki, xx xxxx 2021-ci il tarixdə gecə saatlarında Yevlax şəhəri Q.B.Zakir küçəsində yerləşən tanımadığı evin həyətinə keçib, həyətdən 1 ədəd su matorunu oğurlamışdır. Həmin su matorunu tanımadığı şəxsə satmışdır. Həmin su matorunun dəyərini zərər çəkmiş şəxsə qaytarmağa hazırdır. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəməyə təqdim edilmiş zərər çəkmiş şəxs X3 xx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş ziyana görə Şəxs 50 manat məbləğində pul almış, Şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. İşdə olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2021-ci il tarixdə saat 19:00-dan inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax Rayon Polis X9 təhqiqatçısı, polis mayoru X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş iş üzrə inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin ərizəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və Yevlax Rayon Polis X6 Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə zərər çəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayətinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin qeydində göstərilir ki, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil X5 göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili X7 ödənilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar