Məhkəmə qərarları › İş №3(039)-255/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-255/2021

24.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-255/2021 24.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Yevlax rayonu Salamabad kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə əməliyyat qrupunda olan zaman X4 xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə Yevlax Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar araşdırma apararkən Maya Əzizovaya xəarəti əri Şəxs tərəfindən yetirildiyi məlum olmuşdur. Şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirmək üçün PPXB-nun polis nəfərləri, polis serjantları X6 və X7 ilə birlikdə Yevlax rayonu Əcəmi kəndində yerləşən yaşadığı evə getmişlər. Şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirmək istəyən zaman o, nalayiq və kobud ifadələr işlədərək və ucadan söyüş söyərək gəlməkdən imtina etmişdir. Polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə nizam-intizama dəvət olunsa da o, etdiyi qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Rayon Polis Şöbəsinə gətirilərək Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə Yevlax rayonu Əcəmi kəndində yerləşən yaşadıqları evdə arvadı Maya Əzizova ilə dalaşıb mübahisə etdiyinə görə polis əməkdaşları yaşadığı evə gəlib onu polis şöbəsinə aparmaq istəyərkən o, səs-küy salıb polisin tələbinə tabe olmamışdır. Əməlindən səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nun manqa komandiri, polis serjantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Maya Əzzovanın xəsarəti ilə əlaqədar Şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirmək üçün polis nəfəri, polis serjantı X7 ilə birlikdə Yevlax rayonu Əcəmi kəndində yerləşən Şəxs yaşadığı evə getmişlər. Şəxs Yevlax Rayon Polis Şöbəsinə gətirmək istəyən zaman o, nalayiq və kobud ifadələr işlədərək ucadan söyüş söyərək gəlməkdən imtina etmişdir. Onlar tərəfindən Şəxs dəfələrlə nizam-intizama dəvət olunsa da o, etdiyi qanunsuz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən və qərəzli şəkildə tabe olmamışdır. Bundan sonra həmin şəxs onlar tərəfindən Rayon Polis Şöbəsinə gətirilərək Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Yevlax Rayon Polis Şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı Ravil Alışov məhkəmə iclasında şahid Elgiz Kərimovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. İşdə olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2021-ci il tarixdə saat 15:30-dan inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadələri, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı İlqar Məmmədrzayev tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Maddə. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar