Məhkəmə qərarları › İş №3(039)-256/2021

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-256/2021

25.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-256/2021 25.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri M.Qasımov küçəsi ev 13-də yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxx 2021-ci il tarixdə saat 17:00 radələrində Yevlax şəhəri C.Kərimov küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri polis leytenatı Faiq Allahverdiyev və polis leytenatı İsmayıl Mehdiyev birlikdə Yevlax rayonu C.Kərimov küçəsində xidməti işlə əlaqədar olarkən təxminən saat 17:00 radələrində bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişlər. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx xxxx 2021-ci il tarixdə saat 17:00 radələrində idarə etdiyi avtomobillə sərnişin apararkən yolda polis əməkdaşları onu saxlayaraq yanında əyləşən sərnişini polis şöbəsinə aparmaq istəyərkən o, qorxub səsküy salmışdır. Hazırda əməlindən peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Faiq Allahverdiyev məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxx 2021-ci il tarixdə polis leytenantı İsmayıl Mehdiyevlə birlikdə Yevlax şəhəri C.Kərimov küçəsində xidməti işlə əlaqədar olarkən təxminən saat 17:00 radələrində bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bundan sonra həmin şəxs onun tərəfindən Yevlax Rayon Polis Şöbəsinə gətirilmiş və Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. İşdə olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxx 2021-ci il tarixdə saat 17:25-dən inzibati qaydada tutulmuşdur. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, əməliyyat müvəkkili polis leytenantı Faiq Allhaverdiyevin və polis baş leytenantı İsmayıl Mehdiyevin xx xxxx 2021-ci il tarixli raportu və Faiq Allahverdiyevin ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Rəşad Mamedov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidin ifadəsini, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Rəşad Mamedovun çıxışını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsi: Maddə. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla həmin məcəllənin 535.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar