Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-257/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X5 Şikayət vermiş şəxs X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X1 iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarından vermiş olduğu şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X12 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X8 şöbəsi üzrə Dövlət X2 tənbeh vermə haqqında MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarı inzibati xəta tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X12 məhkəmə iclasında şikayətini müdafiə edərək bildirdi ki, X6 Yevlax şəhəri Heydər Əlıyev prospekti 57 ünvanında yerləşən Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin X3 rayon Komitəsinin sədri Famil Əzizov tərəfindən əmək müqaviləsi bağlanmadan gözətçi işinə cəlb olunaraq əmək haqqının ödənılməməsi barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin X8 şöbəsinə ünvanlanmış müraciətinə baxılmış, İnzibati tənbeh vermə haqqında MN 0462082 nömrəli xx xxxx 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin Həmkarlar İttifaqının” Yevlax rayon Komitəsinin sədri Əzizov Famil Əmir oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. O qeyd olunan qərarla razı deyil. Çıxarılmış qərar onun maraq və mənafelərinə ziddir. Hazırkı çətin vəziyyətdə belə bir qərarın çıxarılması onun bir hüquqi şəxs olaraq ağır vəziyyətə salınması deməkdir. Bu səbəbdən də o hazırkı şikayətlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan şəxs yəni X11 onun işçisi deyil. Onunla heç bir əmək müqaviləsi mövcud deyil. Bu şəxsi o nəinki işlətmiş, ümumlikdə bu adamla əmək münasibətlərinə heç vaxt girməmişlər. Bu şəxs özünə ev axtarırdı hava soyuq olduğundan tərəfindən onun cibinə 10 manat qoyaraq ev tapana qədər bir neçə gün qalmasına razılıq vermişdir. Cibinə 10 manat ona görə qoymuşdur ki, işləyəcəyini bilib, hazırda pulu olmadığını, alıb qaytaracağını ona bildirdiyindən həm havanın soyuqluğu, həm də içində ona yazığı gəlməsi səbəbindən o bir neçə günlüyünə qalmasına icazə vermişdir. Ancaq şəxs bütün bunlardan sui-istifadə edərək ona qarşı ədalətsizlik edərək şər və böhtan dolu ərizə ilə hazırkı idarəyə müraciət etmişdir. O əsassız olaraq 3000 manat cərimə edilmişdir. Bütün bunları qəbul edə bilmir. Aidiyyatı orqan ona qarşı qanunsuz qərar qəbul etməklə, onu son dərəcədə ağır vəziyyətdə qoymuşdur. Hesab edir ki, bütün bunlar yolverilən hallar deyildir. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X4 izah etdi ki, X11 prokurorluğa şikayət etmişdir. Vətəndaşın şikayəti aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X11 yaşıllaşdırmada işləyirdi. Lakin vətəndaş günün birinci yarısı yaşıllaşdırmada ikinci yarısı isə “Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin Həmkarlar İttifaqının” Yevlax rayon Komitəsində qarorulçu kimi işlədiyini və X12 onu işdən çıxartdığını bildirmişdir. X12 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxs X9 və Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi X1 izahatlarını dinləyib, inzibati xəta haqqında qərarları, iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qərardan şikayət vermiş şəxs məhkəmə iclasında belə izahat verərkən X6 “Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin Həmkarlar İttifaqının” Yevlax rayon Komitəsində gecələr qalmasını və tərəfindən ona pul verilməsini bildirmişdir. X6 günün ikinci yarısında “Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin Həmkarlar İttifaqının” Yevlax rayon Komitəsində gözətçi işləməsi həqiqətə uyğundur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmən, X11 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyində izahat verərək, “Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi işçilərinin Həmkarlar İttifaqının” Yevlax rayon Komitəsində gözətçi işləməsini bildirimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1 və 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarından vermiş olduğu şikayəti təmin edilməsin. X9 Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 08 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-257/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-257/2020
13.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver