Məhkəmə qərarları › İş №3(039)-258/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-258/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-258/2023 20.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X3, X1nın, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Yevlax rayonu Hacımahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 20 aprel 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:20 radələrində Yevlax rayonu Hacımahmudlu kəndində öz avtomobilində olarkən X4 ünvanına ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş,həmçinin o,Əfsanə Kara ilə həmin gün aralarında olar telefon danışığı zamanı onu söyüb təhqir etmişdir.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:20 radələrində Yevlax rayonu Hacımahmudlu kəndində öz avtomobilində olarkən X4 ünvanına ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş,həmçinin o,Əfsanə Kara ilə həmin gün aralarında olar telefon danışığı zamanı onu söyüb təhqir etmişdir.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,xx.xx.2023-cü il tarixdə oğlu Mahir nənənsi ilə birlikdə Gəncə şəhərinə müayinəyə getmək üçün taksi kimi həmkəndlisi Şəxs onları apardığını,yol gedən zaman Cavid onun ünvanına nəlayiq ifadələr işləydiyini,nənəsi ona baxdığı üçün elə bir ananın ona lazım olmadığını, aralarında tez-tez münaqişənin baş verdiyini bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs vermiş olduğu izahatında göstərmişdir ki,xx.xx.2023-cü ildə öz avtomobili ilə oğlu Mahiri nənəsi ilə Gəncə şəhərinə müayinəyə apardığını,yol gedən zaman o X6 təhqir etmədiyini sadəcə olaraq X2 nənəsi ona baxdığını,onu həkimə müayinə apardığını,nənəsi ona əziyyət çəkdiyini bildirmişdir.Əməlindən səmimi peşmançılığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 20 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:20 radələrində Yevlax rayonu Hacımahmudlu kəndində öz avtomobilində olarkən X4 ünvanına ucadan nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş,həmçinin o,Əfsanə Kara ilə həmin gün aralarında olar telefon danışığı zamanı onu söyüb təhqir etmişdir.Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Qarabağ Əlilləri Veteranları və X8 Birliyinin V № 004507 nömrəli vəsiqədan görsənir ki Şəxs müharibə veteranıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin, şahidin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1) nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar