Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-259/2020 27.04.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4 İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxslər X3 və X6 iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, E.Məmmədov küçəsi, 108 saylı evdə yaşayan X1 evinin həyətindən 13 ədəd ev quşlarını (toyuqları) oğurlamışdır. İnzibati xəta haqqında MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, H.Aslanov küçəsi, 84 saylı evdə yaşayan X6 yaşadığı evin həyətindəki hindən 13 ədəd ev quşlarını (toyuqları) oğurlamşdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, xırda talama, yəni oğurlama inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs barəsində hər inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X10 izah etdi ki, Yevlax şəhəri, E.Məmmədov küçəsi, ev 108-də yaşayan X3 xx xxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax RPŞ-nə ərizə ilə müraciət edərək, kirayə yaşadığı evin həyətindən 13 (on üç) ədəd ev quşlarının (toyuq) naməlum şəxs və ya şəxslər tərəfindən oğurladığını bildirmişdir. Bundan başqa Yevlax şəhəri, H.Aslanov küçəsi, ev 84-də yaşayan X11 xx xxxxx 2020-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə və Yevlax RPŞ-nə ərizə ilə müraciət edərək, yaşadığı evin həyətində yerləşən hindən 13 (on üç) ədəd tiyoqlarının oğurlandığını bildirmişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmış və X7 əməlində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və sonuncunun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən hər bir inzibati xətaya görə, ayrıayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında şəhər ərazisində gəzmişdir. Şəhərdə gəzən zaman ətrafa boylanmış və qonşuluğunda olan evlərdən birinin darvazasının və çəpərinin içəri daxil olmaq üçün rahat olduğunu görmüşdür. Sarıtel Abbasovaya məxsus evin qapısından içəri daxil olmuş və hindən 13 ədəd toyuqları oğurlamışdır. Oğurladığı toyuqları bazar yaxınlığında tanımadığı bir nəfər şəxsə 50 manata satmışdır. Bundan başqa xx xxxxx 2020-ci il tarixə keçən gecə yaşadığı küçənin paralelində olan H.Aslanov küçəsinə ev sahibini tanımadığı evə hasardan keçib həyətdə olan toyuq hinindən 13 (on üç) ədəd toyuq oğurlamışdır. Həmin toyuqları səhərisi gün şəhərdə tanımadığı şəxsə birini 5 (beş) manata satmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X3 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Yevlax şəhəri, E.Məmmədov küçəsi, 108 saylı evdə kirayədə yaşayır. Yaşadıqları evin həyətində toyuq cücə saxlayır. xx xxxxx 2020-ci il tarixdə gecə saat 02 radələrinə qədər televizora baxmışdır. Səhər yuxudan oyandıqdan sonra həyətində olan 13 ədəd toyuğunun yerində olmadığını görmüşdür. Həyətindən ümumilikdə 8 (səkkiz) ədəd toyuq, 4 (dörd) ədəd cücə və 1 (bir) ədəd xoruz oğurlanmışdır. Oğurlanmış toyuqlara görə ona ümumilikdə 100 (bir yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş olan ziyan Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X11 izahatında bildirdi ki, yaşadığı evin həyətində yerləşən hində 14 ədəd toyuq saxlamışdır. xx xxxxx 2020-ci il tarixdə saat 11 radələrində yuxudan oyanıb həyətə çıxıb toyuqları açmaq istəyəndə, hində toyuqların olmadığını və hinin qapısının açıq olduğunu görmüşdür. Bir ədəd toyuğunu həyətdə tapmış digər 13 ədəd toyuğu isə oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 90-100 (doxsan-bir yüz) manat məbləğində ziyan dəymişdir. Hazırda həyətindən oğurlanan toyuqlar və ya toyuqların dəyəri Şəxs tərəfindən ödənilməmişdir və hazırda ondan şikayətçidir. Məhkəmədən Şəxs tərəfindən ona dəymiş olan ziyanın ödənilmədiyini və hazırda ondan şikayətçi olduğunu nəzərə alaraq ona qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1, X6 və Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X5 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarlardan məlum olur ki, törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Yevlax rayon Mərkəzi Bazar ASC tərəfindən verilmiş arayışdan görünür ki, hazırda bir ədəd toyuğun orta bazar qiyməti 6-7 manat təşkil edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 20.30-da inzibati qaydada tutulmuşduur. Azərbaycan Respublıikası İXM-nin 31.4-cü maddəsində əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Azərbaycan Respublıikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edirki Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı müxtəlif vaxtlarda törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, oğurluğun cəmiyyətdə mənfi qarşılanmasını, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməməsini, inzibati xətanı müxtəlif vaxtlarda törətməsini, törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, əmlak vəziyyətini və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, onun barəsində ayrı-ayrılıqda inzibati tənbeh tətbiq edilməli həmin inzibati tənbeh tədbirləri toplanaraq üzərində qəti olaraq tənbeh tədbiri saxlanılmalıdır. Odur ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1997-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 140-da qeydiyyatda olan, Yevlax şəhəri, Bakıxanov küçəsi, ev 119-da yaşayan Şəxs oğu xx xxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 20 (iyirmi) gün müddətinə və xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protoko üzrə Azərbaycan Respubilkası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. Şəxs qəti olaraq 01 (bir) ay 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2020-ci il tarixdən saat 20.30-dan hesablansın. Qərarın icrası Yevlax rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X2 ödənilsin. Şəxs 78 (yetmiş səkkiz) manat məbləğində ziyan alınıb zərərçəkmiş şəxs X8 ödənilsin. Qərarın zərərin ödənilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Rusllan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-259/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-259/2020
27.04.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver