Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-259/2021 30.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakimi Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2021-ci il tarixdə saat 19.40 radələrində Yevlax RPŞ-nin inzibati binasında ucadan səs-küy salmış və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X4 izah etdi ki, Yevlax şəhəri, Firdovsi küçəsi ev 80-da yaşayan X3 Mingəçevir şəhər sakini Şəxs barəsində yazmış olduğu şikayət ərizəsi ilə əlaqədar TB-də aparılan araşdırma ilə əlaqədar xx xxxx 2021-ci il tarixdə TB-nin təhqiqatçısı polis mayoru Şahin Fətullayevin iştirakı ilə Maya Kərimova və Şəxs RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnikleytenantı Əfqan Qurbanovun xidməti otağında qəbulda olan zaman, Şəxs uca səslə nəlayiq ifadələr işlədərək Maya Həsənlinin anası Arzu Həsənovanın yanında Mayanı təhqir etməyə başlamışdır. Əfqan Qurbanov və Şahin Fətullayev dəfələrlə Şəxs nizamintizama dəvət etsələr də, sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu bardə xidmət üzrə rəis müavini Əfqan Qurbanov raportla RPŞ-nin rəhbərliyinə müraciət etmişdir. Raporta əsasən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yaşayır. Maya Kərimovanı uzun müddətdir ki, tanıyır. Maya ilə aralarında dostluq münasibətləri olmuşdur. Maya ilə telefon vasitəsilə danışmışlar. Mayanın ailəli olduğunu bildikdən sonra Maya ilə aralanmaq fikrində olmuşdur. X5 barəsində rayon polis şöbəsinə şikayət ərizəsi ilə etmiş və o, Yevlax RPŞ-nə dəvət edilmişdir. O, xx xxxx 2021-ci il tarixdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. RPŞ-də rəis müavini Əfqan Qurbanovun xidməti iş otağında olan zaman Maya Kərimova və onun anası Arzu Həsənova ona şər böhtan atdıqları üçün əsəbləşmişdir. Əsəbi olduğu üçün ucadan səs-küy salıb nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də, hirsli olduğu üçün onların qanuni tələblərinə tabe olmamışdır. Hazırda səhvini başa düşür və əməlindən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmədən əməlindən səmimi peşmançılığını və bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, ailə üzvləri ilə birlikdə Yevlax şəhərində yaşayır. Ailəlidir və iki uşağı var. Mingəçevir şəhər sakini Şəxs onu tez-tez narahat etdiyi üçün Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Belə ki, Şəxs mütamadi olaraq onun mobil telefonuna mesajlar yazır və onun arxasınca iş yerinə gəlir. Bəxtiyar ona ərindən boşanıb onunla evlənməsini bildirmişdir. Bəxtiyara dəfələrlə onu narahat etməməsini bildirsə də, Bəxtiyar öz hərəkətlərini davam etdirmişdir. Yazdığı şikayət ərizəsi ilə əlaqədar xx xxxx 2021-ci il tarixdə rayon polis şöbəsinə dəvət edilmişdir. RPŞ-nin təhqiqatçısı Şahin Fətullayevlə rəis müavini Əfqan Qurbanovun xidməti iş otağında olan zaman Şəxs ucadan səs-küy salaraq onun və anası Arzu Həsənovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları Şahin Fətullayev və Əfqan Qurbanov dəfələrlə Şəxs nizam-intizama dəvət edib sakitləşməsini bildirsələr də, Bəxtiyar onlara məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X2 və X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20.00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, inzibati xətanın xarakteri, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf edib, əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Mingəçevir şəhəri, 2-ci məktəb küçəsi, ev 31-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 20.00-dan hesablansın. Qərarın surəti Şəxs və müdafiəçisinə təqdim edilsin. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Məhkəmədə göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-259/2021
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-259/2021
30.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver