Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-259/2023 25.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X3 Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs, müdafiəçi – Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 24 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, rayon polis şöbəsinin PPXB-nin polis nəfərləri xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində xidmətdə olan zaman həmin küçədə “Lada Priora” markalı avtomobilin dayandığını və həmin avtomobilin qarşısında çoxlu şüşə sınıqları olduğu üçün polis əməkdaşları həmin avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən etmək istəmişlər. Polis əməkdaşları avtomobilin sürücüsünə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini tələb etdikdə sürücü əsassız olaraq səs-küy salmış, onların barəsində 102 qaynar xəttinə zəg edib şikayət etmişdir. Lakin polis əməkdaşları həmin sürücüdən qanunun tələbinə uyğun olaraq şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Bundan sonra sürücü və avtomobildə əyləşən qadın səs-küy salmışlar. Polis əməkdaşları sürücüdən avtomobildən düşməsini tələb etdikdə sürücü avtomobilinin işıqlarını söndürərək həmin yerdən avtomobili sürüb uzaqlaşmışdır. Bundan sonra polis əməkdaşları növbətçi hissəyə məruzə edib baş verənləri bildirmiş, bundan sonra RPŞ-nin növbətçi hissəsinin göstərişinə əsasən qeyd olunan avtomobilin saxlanılması üçün YPX və PPXB-nin əməkdaşları həmin avtomobili C.Mustafayev küçəsində saxlamışlar. Saxladıqdan sonra sürücü avtomobilin mühərrikini söndürərək avtomobilin açarlarını yanında əyləşən qadına verib avtomobildən düşmüşdür. Sürücüdən sonra avtomobildə əyləşən qadın düşərək açarı müəyyən olunmayan əraziyə atmışdır. Bundan sonra evakuator vasitəsi ilə avtomobil rayon polis şöbəsinin dayanacağına gətirlmiş və vətandaşların şəxsiyyətləri müəyyən olunaraq barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində dost münasibətində olduğu X10 ilə ona məxsus ”Lada Priora” markalı avtomobildə Yevlax şəhəri C.Mustafayev küçəsində avtomobildə əyləşib söhbət edən zaman “VAZ 2107” markalı avtomobil onların əyləşdiyi avtomobilinin yanında saxlayaraq Sərdardan adını, soyadını və atasının adını soruşmuş. Sərdar həmin şəxsə özünün adını, soyadını və atasının adını bildirdikdən sonra həmin şəxs avtomobilin arxa oturacağında kimin əyləşdiyini soruşmuşdur. Bundan sonra Sərdar həmin şəxsdən kim olmasını və onun hansı səbəbdən avtomobilində kimin əyləşməsinin onun nəyinə lazım olduğunu soruşduqda həmin şəxslə aralarında sözlə mübahisələri olmuşdur. Bundan sonra “Vaz 2107” markalı avtomobilin sürücüsü Sərdarı və onu təhqir etdikdən sonra avtomobilini Sərdarın avtomobilinin qarşısına çəkib avtomobildən düşərək onlara tərəf gələndə həmin şəxsin polis əməkdaşı olduğunu görmüşdür. Bundan sonra həmin polis Sərdarın avtomobilinə yaxınlaşaraq onu hədələdikdə o və Sərdar 102 xidmətinə zəng edib şikayət etmişlər. Bundan sonra polis onlardan avtomobildən düşməyi tələb etdikdə o, qorxduğu üçün avtomobilin daxilində qışqırmış və Sərdardan həmin yerdən avtomobili sürüb getməyi tələb etmişdir. Bundan sonra Sərdar polis əməkdaşına özü rayon polis şöbəsinə gedəcəyini bildirərək avtomobili ilə rayon polis şöbəsinə getməsi üçün həmin ərazidən uzaqlaşmışdır. Bundan sonra Sərdar avtomobilində benzin olmadığını görmüş və “Azpetrol”-a gedərək 2 manatlıq benzin tökmüşlər və yenidən polis şöbəsinə getməsi üçün təkrarən C.Mustafayev küçəsi ilə hərəkət etmişdir. Avtomobil ilə C.Mustafayev küçəsi ilə hərəkətdə olan zaman yolda YPX və PPX əməkdaşlarının olduğunu görmüşlər. Bundan sonra polis əməkdaşları Sərdarın idarə etdiyi avtomobili saxlayaraq ondan avtomobildən düşməsini tələb etmişlər. Sərdar avtomobildən düşən zaman o, avtomobilin açarlarını avtomobildən götürərək çıxmış və avtomobilin qapılarını kilitləyib açarları tullamışdır. Ondan sonra polis əməkdaşları onlara güc tətbiq edərək polis avtomaşınına əyləşdirmişlər və rayon polis şöbəsinə aparmışlar. O heç bir xırda xuliqanlıq etməmiş və törədiyi digər əməlindən peşmandır, cavan olduğunu və barəsində inzibati cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXBnün polis nəfəri, polis baş serjantı X11 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, post yoldaşı X7 ilə xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində xidmətdə olan zaman həmin küçədə dayandmış “Priora” markalı avtomobilin dayandığını və həmin avtomobilin qarşısında şüşə sınıqları olduğu üçün onlar həmin avtomobilə yaxınlaşaraq avtomobilin sürücüsünün şəxsiyyətini müəyyən etmək istəmişlər. Onlar avtomobilin sürücüsünə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədini təqdim etməyini tələb etdikdə sürücü əsassız olaraq səs-küy salmış, onların barəsində 102 qaynar xəttinə zəg edib şikayət etmişdir. Lakin onlar həmin sürücüdən qanunun tələbinə uyğun olaraq şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər. Bundan sonra sürücü və avtomobildə əyləşən qadın səs-küy salmışlar. Onlar sürücüdən avtomobildən düşməsini tələb etdikdə sürücü avtomobilinin işıqlarını söndürərək həmin yerdən avtomobili sürüb uzaqlaşmışdır. Bundan sonra onlar növbətçi hissəyə məruzə edib baş verənləri bildirmişdilər. Bundan sonra RPŞ-nin növbətçi hissəsinin göstərişinə əsasən qeyd olunan avtomobilin saxlanılması üçün YPX və PPXB-nin əməkdaşları həmin avtomobili C.Mustafayev küçəsində saxlamışlar. Saxladıqdan sonra sürücü avtomobilin mühərrikini söndürərək avtomobilin açarlarını yanında əyləşən qadına verib avtomobildən düşmüşdür. Sürücüdən sonra avtomobildə əyləşən qadın düşərək açarı müəyyən olunmayan əraziyə atmışdır. Bundan sonra evakuator vasitəsi ilə avtomobil rayon polis şöbəsinin dayanacağına gətirlmiş və vətandaşların şəxsiyyətləri müəyyən olunaraq barələrində inzibati xəta haqqında protokol tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon Polis Şöbəsinin PPXBnün polis nəfəri, polis baş serjantı X11 şahid X6 izahatına uyğun izahat verdi. X9 Saməddin məhkəmə iclasında Şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 24 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Yevlax şəhəri C.Mustafayev küçəsində ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; 354 №-li, xx.xx.2023-cü il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilməmişdir; xx.xx.2023-cü il tarixli inzibati xəta törətmiş şəxsi tutmaq haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapsa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində həmin inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) halın olması və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs 24 aprel 2023-cü il tarixdən inzibati qaydada tutulması nəzərə alınaraq 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Şəxs məhkəmə zalından dərhal həbsdən azad edilsin. İnzibati xətanı törətmiş şəxs Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi 1 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 6 (altı) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil X4 ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-259/2023
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-259/2023
25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver