Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-26/2020 14.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X6, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs-xx.xx.1976-cı ildə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay,orta təhsilli, işləməyən, Yevlax rayonu Aeroport qəsəbəsində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)-2160/2019 №-li, xx xxxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs xx xxxxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2002-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X318 yaşınaçatanadək saxlanılmalarıüçün hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X8 tərəfindən borclu Şəxs dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq o, icra məmurunun qanuni tələblərinə əməl etməmiş və məhkəmənin qətnaməsini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov bildirdi ki, Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin borclu Şəxs hal-hazır ki tarixə 800 manat aliment borcu yaranmışdır. Şəxs borcu ödəməyi tələb olunmuş və izahatı alınmışdır. Şəxs izahatında hazırda aliment ödəməyə maddi imkanını olmamasını bildirmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişi almış, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə ondan 100 manat aliment tutulub tələbkara ödənilməlidir. Hazırda tələbkara 800 manat məbləğində aliment borcu yaranmışdır. Özü ag ciyər xəstəsidir, bacısının hesabına yaşayır. Xəstəliyi ilə bağlı işləyə bilmir, aliment borcunu ödəməyə maddi imkanı yoxdur. xx xxxxxxx 2019-cu il tarixli İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra məmurunun həmin qərarı ilə Yevlax Rayon Məhkəməsi tərəfindən verilmiş 2(039)- 2160/2019 nömrəli, xx xxxxxxx 2019-cu tarixli icra sənədi üzrə icraata başlanılmış, Şəxs borcu dərhal, vaxtaşırı ödəmələri isə mütəmadi ödəməsi təklif olunmuşdur. X4 haqqında məlumatlardan görünür ki, X1 adına avtomobil nəqliyyat məlumatları, vərəsəlik, əmək müqaviləsi və sosial ödəniş məbləği aşkar edilməmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin 158204/2019-36-3 saylı, xx xxxxxxx 2019cu il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, X1 ünvanına bildiriş göndərilmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı ilə və böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin inzibati xətanı törətməkdə təqsirlidir. Onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati tənbeh tətbiq edərkən şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alıb ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: xx xxxxxx 1976-cı tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuş, Yevlax rayonu Aeroport qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on gün) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-26/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-26/2020
14.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver